20:43 28.04.2018 1671

Yunis Hüseynov: "Futbolçularımıza zənglər, açıb hər şeyi desəm..."

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XXV turunda "Qəbələ"yə səfərdə 0:3 hesabıyla uduzduqları oyundan sonra mətbuyat konfransı keçirib. Təcrübəli mütəxəssis öncə matçı dəyərləndirib.

- Həmişəki kimi qalib gəlmək istəyirdk. Oyuna 2-3 saat qalmış Qəbələyə gəlmişdik. Gəncədən avtobusla gəlmişdik.Bunu bəhanə etmirəm. Oyunun əvvəlində qol imkanlarımızdan yararlana bilmədik. Bu zaman rəqib qapımıza tərəf gəlmirdi. Əks-hücumlarda oynamaq istəyirdik. Ancaq rəqib biz əks-hücumlarda yaxaladı. Bu zaman futbolçuların fərdi ustalıq keyfiyyətləri öz sözünü dedi. Səhvlərimiz bizə başa baha gəldi. Dario oyunun əvvəlində qol şansından yararlansaydı, 3 xal bizim olacaqdı.

- Mövsümün sonu yaxınlaşır. Komandanızda çoxmu dəyişiklər olacaq?
- Bunu dayə bilmərəm. Planlar gələcəyin işidi.

- Bu gün "Kəpəz"in I Diviziona düşməsi rəsmiləşir...
- Yəqin ki, komanda sayını artırarlar. PFL-in qərarını gözləyirik. Premyer Liqada qalsaq, çalışarıq ki, yaxşı komanda düzəldək. Ancaq desələr ki, 8 komanda qalır, biz düşə bilərik. 

- Deyəsən, "Kəpəz"in Premyer Liqada qalmasıyla bağlı arxayınlıq var...
- İnşallah, qalarıq. Regionda futbol olmasa, inkişaf olmayacaq. Azarkeşlərin stadionlara gəlməsi futbolçulara əlavə ruh yüksəkliyi verir. Bakı komandalarının sayının çox olması futbolun inkişafını çətinləşdirir. Həmişə demişəm ki, 8 komandalı çempionat futbolumuza ziyandı. Komandaların sayı artırılmalıdı. O vaxtlar bölgə komandaları çox idi. Onda futbolçularda qorxu, həyəcan var idi, güclü rəqabət olurdu. 8 yox, 12-14 komanda olsa, çempionatın səviyyəsi qalxar. Bu zaman zəif komanda olmayacaq.

- Vinçesterlə Dieqonun yoxluğu zədəylə bağlıdı?
- Bəli. Vinçesterin zədəsi ciddi. Xahiş edirəm ki, məlumatı dəqqiləşdirib yazardınız. Elə şey olmayıb ki, Dieqo həkimə gedəndə içkili olub. Belə şey olsa, mənə sübut etsəniz, onun biletini dərhal alıb qovaram. Hər şeyi dəqiqləşdirmişəm. "Səbail"lə oyundan sonra da komandama qarşı belə şeylər yazılmışdı. Əsas futbolçularımıza zəng ediblər, onlar da meydana çıxmaq istəyiblər. Oyunçularıma kənardan təzyiqlər var. Açıb hər şeyi desəm...

- Roman Hüseynovun müqaviləylə məxsus olduğu "Qəbələ"yə qarşı oynaması nəylə bağlıdı?
- Onu oynatmaq futbolçunun xeyridi. İki klub arasında razılıq olur. "Qəbələ"ylə aramızda razılaşma olmayıb ki, Roman onlara qarşı oynamasın.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X