22:00 12.05.2018 1632

Samir Abasov: "Son oyundan sonra gizlətdiyim hər şeyi açıqlayacam"

"Deyiləsi bir şey yoxdu. Nə deyəcəyimi bilmirəm. Hər şeyi özünüz gördünüz. Qolları vura bilmədik. Bunun üçün ürək lazımdı. Belə görüşlərdə topla birgə tora girmək lazımdı. Oyunçunun keyfiyyəti lazımi anda hər şeyi örtür. 32-33 yaşlı adama ötürmə verməyi öyrədə bilmərəm. Oyun keyfiyyəti budu”. 
Fanat.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.

TPL-in XXVII turunda doğma meydanda "Qəbələ” ilə qarşılaşan "kimyaçılar” 0:2 hesablı məğlubiyyətə üzülüblər.

Matçdan sonra mətbuat konfransı keçirən Abasov sualları da cavablandırıb: "Siyasət dəyişməsə, belə davam etsə, 5-ci yeri tutsaq, əla olar deyirlərsə, bu komandadan bir şey gözləməyə dəyməz. Kimlərsə, Amil Yunanov niyə oynamadı deyəndə, hücumçuya xas keyfiyyətdə oyun göstərsə, onda nə gəldi deyərsiniz. Futbolçularımız I Divizionda çürüyərdilər. 11 legioner verərdilər, onda görərdiniz ki, bu futbolçuların yeri haradır. Budur bizim Azərbaycan futbolu, əfsuslar olsun ki, Dabomuz, Almeydamız yoxdu. "Kəpəz”, "Səbail” və "Qəbələ” ilə oyunlarda yaxaladığımız qollardan yararlansaydıq, indi avrokuboklarda idik. Bu, düzgün olmayan strategiyanın badına şəhərimiz getdi”. 

- "5-ci yerdə olsanız, əla nəticə sayılar” sözlərini kim demişdi?
- Klubumuzun keçmiş prezidenti Kamran Quliyev mövsümün əvvəlində dedi ki, komandanın potensialı 6-cı yerdir. 5-ci yeri tutsaq, sevinəcəyik. Mən isə dedim ki, var qüvvəmizlə avrokuboklar üçün çalışacağıq. Lakin meydanda oynayan mən deyiləm. 

- Lisenziyalaşdırma Qrupunun verdiyi qərar bugünkü nəticələrə necə təsir etdi?
- İcraiyyə Komitəsi mayın 20-dən sonra olsaydı, nə olacaqdı? "Kəpəz” gedib "Neftçi” ilə necə oynasın? 2 turdan sonra nə qərar verirsinizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı verirsiniz? 

- Klubun strategiyasından narazılığınızı bildirdiniz. Amma digər tərəfdən, müqavilənizi uzatdığınıza dair xəbərlər yayılıb...
- Bir turdan sonra hər şey bəlli olacaq. İndi deyəcəyim hər bir söz futbolçularıma mənfi təsir edə bilər. Son oyunumuzdan sonra sizdən gizlətdiyim hər şeyi açıqlayacam. 

- Son turda nə baş verəcək?
- Nə olacaqsa, olacaq. 

- "Zirə” ilə son tur matçına hansı motivasiya ilə çıxacaqsınız?
- Həyatında birinci dəfə Avroliqaya düşmək futbolçu üçün motivasiya deyil? Əlimizdən gələni edəcəyik ki, "Zirə”yə qalib gələk.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X