22:25 12.05.2018 1771

Yunis Hüseynov: "Neçə illər idi ki, aşağı dəstədən Premyer Liqaya komanda gəlmirdi..."

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının XXVII turunda "Zirə"yə səfərdə 1:2 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. 

Fanat.Az sport24.az-a istinadən xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı əvvəlcə oyunu şərh edib. 

- Hər zaman olduğu kimi, çətin oyun keçdi. "Zirə" Avropa Liqasına düşmək uğrunda mübarizə aparır. Futbolçularımda əzmkarlıq hiss etdim. Rəqib 10 nəfərlə qalanda biz istədiyimizi edə bilmədik. Ümumilikdə "Kəpəz" zəif təsir bağışlamadı. 8 futbolçumuz zədə ucbatından meydana çıxa bilmədi. 

- Rəqib 10 nəfərlə qalmasına baxmayaraq, fiziki cəhətdən "Kəpəz"i üstələdi və daha istəkli görünürdü...
- Onların motivasiyası daha güclü idi. Çünki onlar Avroliqa uğrunda yarışırlar. İcraiyyə Komitəsinin qərarından sonra futbolçuları oyuna kökləmək çox çətin idi. Sağolsunlar ki, hələ belə oyun nümayiş etdirdilər. Qarşıda bizi "Neftçi" ilə çətin matç gözləyir. Əlimizə düşən bütün fürsətlərdən yararlana bilmədik. 

- Əvəzetmələrinizi buraxdığınız qollardan sonra həyata keçirdiniz. Bu, nəylə bağlı idi.
- Ehtiyatda cəmi 3 futbolçumuz var idi. Şəhriyar Əliyev meydana zədəli-zədəli çıxmışdı. Ayağına iynə vurdular, elə oynadı. İstədiyimiz heyət yox idi. Qola qədər də əvəzetmə etmək istəmirdim.

- Tural Cəlilovun adı iştirak ərizəsində yer alsa da, oyunu tribunadan izləyirdi...
- Zədəsi var idi, son anda heyətdən çıxardıq. 

- "Kəpəz"in gələcək taleyi necə olacaq? Lomanda I Divizionda çıxış edərsə, qalmağı düşünürsünüz?
- Hazırda Gəncədə xeyli iş gedir. "Neftçi" ilə oyuna sizi dəvət edirəm. Gəlin, baxın. Ehtiyat meydança salınır, baza təmir olunur. Görülən işlərin müqabilində çox istərdik ki, Premyer Liqada qalaq. Ümumiyyətlə, regionlarda futbol olmalıdı. Futbolçu azarkeş üçün futbol oynayır. Meydançada tərəfdar olmayanda futbolçu özündə məsuliyyət hiss etmir. Aşağı dəstədə mübarizə aparıb-aparmayacağımız məlum deyil. 

- "Kəpəz" I Divizionda çıxış etməyi özünə sığışdırmır?
- Yox, belə deməzdim. Bu, I Diviziona hörmətsizlik olar. Sadəcə, Gəncədə bu qədər işlər görülür, köklü bir komandadan söhbət gedir. Neçə illər idi ki, aşağı dəstədən Premyer Liqaya komanda gəlmirdi, 1 il də gözləyə bilərdilər.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X