12:59 13.05.2018 2423

Elxan Məmmədovun “Nike” gedişi

Kamran Quliyev "Neftçi”yə müəmmalı keçidindən az sonra "ağ-qaralar”ın geyiminə də "çəki-düzən” vermək qərarına gəldi. Tender elan edən paytaxt təmsilçisi təklifləri incələdikdən sonra qalib məlum olub. Qalib şirkət flaqmana növbəti mövsüm üçün "Nike” firmasını təklif edib. Kluba yaxın mənbədən verilən məlumata görə tenderin qalibi göstərəcəyi xidmət qarşılığında "Neftçi”dən 133.000 avro istəyib. Ümumilikdə Bakı təmsilçisinə 8 şirkət tərəfindən 10 geyim firması təklif olunub. Maraqlıdır ki, Kamran bəyin seçimində qaranlıq, şübhəli məqamlar çoxdu. Artıq bir aya yaxındır, bu yöndə araşdırma aparırıq. Şübhəyə səbəb isə aşağıdakılardı:

 

 

1.Eyni firmanı, eyni sayda dəsti, eyni sayda geyimə aid olan bütün detalları, eyni keyfiyyəti daha ucuz – 102.000 avroya başqa tender iştirakçısı təklif edib. Əgər firmada, keyfiyyətdə, geyim detalının sayında fərq yoxdusa, daha çox pul təklif edən təşkilat niyə tender qalibi olmalıdı?

 

 

2. Tender qalibi olan şirkət təklif etdiyi məhsulu Azərbaycana – "Neftçi”nin hüzuruna göndərməyəcək. Yəni ki, yol xərci, gömrük xərci klubun hesabına olacaq. Daha ucuz təklif paketində isə "Neftçi”yə məhsulun Avropadan kluba qədər olan xərci təşkilat üzərinə götürür. Bir daha qeyd edək ki, hər iki təşkilat ortaya eyni keyfiyyətdə məhsulqoyub. Belə olan halda, klub niyə əlavə nəqliyyata və gömrüyə görə xərcə düşməlidi?

 

 

3. Tenderin qalibi "Səbail” və "Kəpəz”lə əməkdaşlıq edir.

 

Şübhəmizdə haqlıyıq!

 

Bütün suallarımıza cavabı isə AFFA İcraiyyə Komitəsinin iclasından sonra baş katib Elxan Məmmədovun açıqlamalarında tapdıq. Cənab Məmmədov deyəndə ki, AFFA artıq "Nike” şirkəti ilə razılığa gəlib, bütün daşlar yerinə oturdu. Bəli, Kamran Quliyevin bədxərclik etməsinin səbəbi artıq məlumdu. "Otkat”lara öyrəşmiş idarəetmə sisteminin piyadalarının və şahının gedişləri dəfələrlə mətbuatda ifşa olunur. Di gəl ki, daşı ətəyindən tökməyən baş katib daha bir biznesi ələ keçirtdi və rəqibi üzərində növbəti dəfə qələbə çaldı. Geyimlə yanaşı, işarə etdiyim top biznesidi. Məmmədov "Nike” firmasının bonus kimi verdiyi topları klublara pulsuz təklif etməklə əzəli rəqibini zərərsizləşdirdi. Necə deyərlər, pambıqla baş kəsdi, və yaxud bir daşla iki quş.

 

Əli Sahib

Fanat.Az


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

Facebookdan bizi izləməyi unutmayın.
X