10:39 15.05.2018 1735

Tahir Süleymanov: “Əksər klublarda futboldan uzaq insanlar çalışır”

"Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Qol.az saytına müsahibə verib. 

Fanat.Az xəbər verir ki, o, müsahibədə AFFA-nın Lisenziyalaşdırma Komissiyasının birinci divizionun qalibi "Xəzər”ə lisenziya verməməsinə və digər məsələlərə toxunub.

- AFFA-nın baş katibi bugünlərdə bəyan edib ki, birinci diviziondan Premyer Liqaya komanda deyil, klub lazımdır. Bu fikirlə razısınızmı?
- Ümumiyyətlə, "Xəzər"in divizion qalibi olmasını AFFA, PFL daxil əksəriyyət gözləmirdi. Klubun Qubaya köçməsi də gündəmdə idi. "İnter" "Keşlə"yə çevrildiyi kimi ad məsələsinin dəyişdirilməsi də problem olmazdı. Çempionluğun təməli düzgün aparılan kadr siyasətinin nəticəsi idi. Sponsorlar qohum, dostlara yox, Emin Abbasov, Gündüz Abbaszadənin timsalında işi bacaranlara üstünlük verdi. Geniş futbol ictimaiyyəti onları jurnalist kimi tanısa da, Emin bəy uşaqlıqdan futbolla məşğul olub, gözəl də futbol oynayır. Gündüz Abbaszadənin isə idarəçilikdə zəngin "Neftçi" karyerası var. Hər ikisinin aparıcı "Qarabağ", "Neftçi" təcrübəsini nəzərə alsaq, Divizion klubunun idarə olunması çətin deyildi. Klub rəhbərliyinin onlara güvənməsi, onların isə Elşad Əhmədovun timsalında düzgün məşqçi seçimi uğurun təməli idi. Divizion qaliblərinə lisenziyanın verilməməsi isə artıq dəb halını alıb. "Abşeron", "Turan", "Ağsu", "Qaradağ Lökbatan", "Neftçala", "Xəzər"... Çox mənfi tendensiya yaranıb. Kütləvi halın olması ümumi problemlərin olmasının əyani göstəricisidir.

- Lisenziyalaşdırma tələbləri yüngülləşdirilə bilərmi?
- Yüngülləşdiriməsindən çox Azərbaycan futbolu reallığına uyğun tənzimlənməsi daha vacib, faydalı olar. FİFA, UEFA sərt qanunları ilə yanaşı yerli mühiti hər zaman nəzərə alır. Müxtəlif layihələri həyata keçirməklə federasiya, klublara yardım edir, köməyini əsirgəmir. Hətta klublarda uşaq futbolunun inkişafı üçün müəyyən vəsait də ayırır.

- Yəni AFFA, PFL klublara kömək etməlidir...
- Həqiqətən klub, komanda anlayışı fərqli məsələlərdir. İllərdi bu barədə fikirlərimi bildirirəm. Söhbət tək bank zəmanəti, maliyyə imkanlarından getməməlidir. Son on ildə imkanlı, varlı klublarımız dağılıb. Futbol idarəçiliyi, strategiyası düzgün qurulmalıdır. Futbolu dərindən bilməyənlər tərəfindən klublar idarə oluna bilməz. 90-cı illərin çətin iqtisadi-siyasi dövrü bəllidir. Son 10-15 ildə imkanlı klubların qeyri-sabitliyi problemin daha dərin olmasını göstərir. Futbol qanunlarının tənzimlənməməsi, şəxsi maraqlar klublara, ümumilikdə futbolun inkişafına mane olur. Bütün günahları klubların boynuna yükləmək də doğru yanaşma deyil. İkili müqavilələrə şəraiti klublar yaratmır. "Neftçi"də çalışarkən AFFA, Lisenziyalaşdırma qrupunun rəhbərləri ilə görüşlərim, müzakirələrim olub. Futbolçuların şəxsi müqavilələrinin qəbul olunmasını istəmişəm. FİFA, UEFA-nın ən həssas yanaşdığı bir nömrəli tələblərdən biridir. Bir klubdan şəxsi müqavilələrin qəbulu, digərlərinin təqdim etməməsi də mümkün deyil. Vahid sistem olmalıdır. Klublar ayrı-ayrılıqda bunu düşünməməlidir. Sistemin çalışmasını rəhbər qurum təmin etməlidir. Klubların dağılmasının bir nömrəli səbəbi ikili müqavilələrin olmasıdır. Yaradılan boşluqdan əksər klublar istədiyini edirdi, edirlər...

- Necə?
- PFL müqavilələrini FİFA, UEFA qəbul etmir. Etsə də belə üstünlük klub-futbolçu arasında bağlanmış şəxsi müqavilə sayılır. Bu müqavilə isə lisenziyalaşma tələblərinə uyğun AFFA, PFL-də qeydiyyatdan keçmir. Bununla da şəffaflıq, nəzarət mexanizmi itir. Təsəvvür edin 6+5 limit tətbiq olunduğu halda klub mövsüm ərzində istənilən sayda legioner futbolçu transfer edə bilər. Klublar olub ki, bir ilə 30-35 əcnəbi futbolçu gətirib. 6 futbolçunu oynada biləcəyin halda bu sayda futbolçuya nə gərək var?! Ümumi sifariş vərəqinə maksimum 10-11 futbolçu transfer limiti qoyulsaydı, heç bir klub 12-ci legioneri belə transfer edə bilməzdi. Bu 10, 100 milyonlarla vəsaitin qənaəti və o pulların infrastruktura, uşaq futboluna, digər sahələrə xərclənməsi deməkdir. Bütün bunlar futbol qanunlarının natamamlığından irəli gələn fəsadlardır. İlk növbədə bunlar yoluna qoyulmalıdır.

- "Qarabağ" nümunəsi göstərir ki, klub istəsə, vəziyyətdən çıxa bilər...
- Ayrı-ayrılıqda hər bir klub azarkeşi, özləri qarşısında məsuliyyət daşıyır. Sirr deyil, əksər klublarda futboldan uzaq insanlar çalışır. Onlar özləri də bilirlər ki, müvəqqətidirlər, heç bir uğur qazana bilməzlər. Qeyd olunan boşluqlardan isə lazımınca yararlanırlar. "Qarabağ" və digər nəticə qazanan komandalar iddialı, futbolu bilən, məsuliyyətini dərk edən insanların əməyinin nəticəsidir. Mövcud durum onları da bataqlığa sürükləyir, daha böyük uğurlar qazanmağa imkan vermir. Məsələlərə kompleks şəkildə yanaşılmasa "Qarabağ", "Qəbələ" də digər klubların aqibətini yaşaya bilər. Klublar federasiyanı, federasiya da klubları günahlandırmaqda davam etsə, tənəzzülün davam etməsi qaçılmazdır. Futbol qanunlarına uyğun işlək mexanizm mövcud durumu nizamlaya bilər.

- AFFA İcraiyyə Komitəsi əvəzedicilərlə bağlı qərar qəbul edib. Uşaq-gənclər futbolundakı vəziyyəti nəzərə alsaq, qərara münasibətiniz necədir?
- Son 10 ildə əvəzedicilərlə bağlı atılan addım ən uğurlu layihələrdən biridir. PFL-n yarışı ləğv etmək, Diviziona, digər federasiya rəsmilərinin Klublar Komitəsinin təklifi ilə U-19-a qatmaq istəyi qəribə səslənirdi. Əvəzedicilər ayrı komanda deyil, əsas bu günü, sabah əsas heyətdə oynayacaq real ehtiyat qüvvədir. Onsuz da oyunları bir gün sonraya salmaqla yanlış qərar qəbul olunmuşdu. Əvvəlki sistemdə klub rəhbərliyi, baş məşqçi əvəzediciləri daimi nəzarətdə saxlaya bilirdi. Əsasən də səfər oyunlarında bu aktual idi. Əsas komandanın görüşündən sonra nə rəhbərlik, nə də məşqçilər bir gün də qalıb gənclərin oyununu əyani izləyə bilmirdi. Əvəzedicilər sanki əsas heyətdən qopmuş hala düşmüşdü. Bəzi klubların legionerləri də oynatmasını nəzərə alsaq sistem tam pozulmuşdu. Əsas komandaya da təsirsiz ötüşmürdü. Son zamanlar isə əvəzediciləri Diviziona "sürgün" etmək, U-19 liqasının səviyyəsini artırmaq kimi təkliflər gündəmi zəbt etmişdi. Divizionda onsuz da yaş limiti tətbiq edilir. Digər tərəfdən UEFA-nın liqa ilə narahatlığını da hər kəs bilir. Olan-qalan istedadlı futbolçuların da "aşağı" göndərilməsi mənfi fəsadlar verə bilərdi. Eyni zamanda sınaqdan çıxmış yarışın ləğvini də U-19-a qurban vermək olmazdı. Nə yaxşı ki, İcraiyyə Komitəsi ən doğru qərı qəbul etməklə köhnə sistemə qayıdıldı və Klublar Komitəsinin yanlış qərar-tövsiyəsini düzəltmiş oldu. Dünyada bununla bağlı vahid sistem mövcud deyil. Ölkələr yerli mühitə uyğun hərəkət edir. Eksperimentlər deyil, dərin təhlillərə söykənən qərarlar qəbul olunmalıdır.

- Çempionat artıq sona yaxınlaşır. Sizə doğma olan "Neftçi" 3-pilləyə yüksəlib. "Qarabağ", "Qəbələ" Avropaya vəsiqəni təmin ediblər. Digər 2 yerə hansı komandaları şanslı görürsüz?
- "Neftçi" haqqında belə fikirlər eşitmək düşündürücüdür. "Neftçi" elə bir klubdur ki, çempionat başlamadan artıq öz nüfuzu, çəkisi ilə minimum  Avroliqanı təmin etməlidir, taleyini son tura saxlamamalıdır. Tərlan Əhmədov bildirdiyi kimi "rəhbərlik məndən Avroliqaya vəsiqəni tələb etməyib". Belə iddiasız adamların tarixi klubda nə işi var idi?! "Neftçi" elə bir klubdur ki, minimum hədəfi çempionluq, kubok, qrup yolları olmalıdır.  İddiasını saxlayan bütün klubların şansı var. "Zirə" çoxdan vəsiqəni təmin etməli idi. Ayxan Abbasov futbolçularla birgə tək qalıb. Son günlər geniş müzakirə olunan klub, komanda fərqi budur. Samir Abasovlu "Sumqayıt"ın son durumu isə psixoloji baxımdan daha çətindir. O da "klub"suz qalıb, komanda şəklində çıxış edir. Son açıqlaması buna işarədir. Hiss olunur ki, güclülər dəstəsində də klublarla yanaşı komanda sayı az deyil. "Keşlə"nin də lisenziya ala bilməməsi şansını minimuma endirir. Əsas isə Avroliqaya vəsiqə deyil, orada uğurlu çıxış etməldir. Son illər minimum hədəf müəyyənləşib artıq. Qruplar yolunda bütün klublarımıza uğurlar arzu edirəm...

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X