Topaz Premyer Liqasında və klubların əvəzedici heyətlərinin yarışında 2017/2018 mövsümü finişə yaxınlaşır.
Fanat.Az xəbər verir ki, sonuncu – XXVIII turun oyunlarından sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimləri təşkil olunacaq.
Əvəzedicilərin yarışında mayın 19-da "Bayıl Arena” stadionunda keçiriləcək "Səbail” – "Keşlə” oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Bu vaxt əvəzedici heyətlərin qalibi və medalçıları mükafatlandırılacaq. Eyni zamanda, I Divizionda və əvəzedici heyətlərin yarışında bombardir olan futbolçuya xüsusi mükafat təqdim ediləcək.
Topaz Premyer Liqasında isə mayın 21-də "Azersun Arena”da keçiriləcək "Qəbələ” – "Qarabağ” görüşündən sonra mükafatlandırma mərasimi baş tutacaq. Bu zaman çempion "Qarabağ” və digər medalçılar mükafatlandırılacaq. Eləcə də çempionatın bombardirinə xüsusi hədiyyə veriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol