15:23 21.05.2018 1701

Riad Rəfiyevli “Sumqayıt” bu aqibətlə üzləşməliydi

"Sumqayıt” üçün avrokubok həyəcanı bitdi, həsrət davam edir. Avropa Liqasına bu qədər yaxın ikən, ovucun içindən verilən şans yerli azarkeşləri hələ çox incidəcək. 

Nəticə həm də Samir Abasov erasının bitiminə səbəb oldu. Baş məşqçi "Zirə”ylə dünənki oyun bitən kimi istefa verdi və daha böyük hədəfi olan komandaya yollanmaq arzusunu diqqətə çatdrdı. O, "Sumqayıt”da bundan artığını qazanmağın mümkünsüzlüyünü etiraf etdi və haqlıdı.

"Sumqayıt”ın son anda büdrəməsinin, finişə çatmamasının bir çox səbəbi var. Əsas məsələ heyət yetərsizliyidisə, ən böyük amil klub ola bilməmək reallığıdı. Abasov komanda rəhbəri kimi döyüşdü, sürpriz etdi, lakin sonda məğlub edildi. Bəlkə bir az da təcrübəsizliyi mane oldu, lakin ən böyük səbəb rəhbərliklə yumruq kimi birləşə bilməməsi oldu. 

Klubun yeni prezidenti Riad Rəfiyevin bacarıqsızlığı son turlarda özünü büruzə verdi. Məhz onun heyətə nəzarət edə bilməməsi qüvvənin parçalanmasına, Samir bəyin həm meydanda, həm klub daxilində, həm də kənar qüvvələrlə təkbaşına döyüşməsinə səbəb oldu. Yandan, arxadan vurulan zərbələr məşqçinin çöküşünü reallaşdırdı. 

"Sumqayıt” bu mövsüm 40 xal topladı. Kamran Quliyev "Neftçi”yə prezident gedənə kimi qazanılan uğurlu nəticələr, komanda başsız qalarkən də davam etdirildi. Lakin Rəfiyevin gəlişindən sonra yiyəsizlik özünü büruzə verdi, komanda çökdü. Maraqlıdı ki, klub başsız qaldığı vaxt – Samir Abasovun təkbaşına işlədiyi dövr ən uğurlu zaman oldu.

Kamran Quliyevli "Sumqayıt”

15

6

3

6

18-18

21

Prezidentsiz "Sumqayıt”

4

3

1

0

6-2

10

Riad Rəfiyevli "Sumqayıt”

9

2

3

4

10-13

9


Martın 15-dən yeni postunda fəaliyyətə başlayan Riad bəy müsbət saldo görmədi. Oyunçuları kənar təzyiqdən qorumaq, məşqçinin arxasında dayanmaq zamanı gələndə onun bacarıqsızlığı üzə çıxdı və bütün imkanlar əldən verildi. Çətin ki, sumqayıtlı azarkeşlər bunu ona bağışlasın.

Növbəti mövsüm daha zəif komanda görəcəyik. Öz bacarığı hesabına heç nədən komanda quran Abasov daha yoxdu, onu əvəz edəcək adam isə yəqin ki, hansısa ortabab məşqçi olacaq. Rəfiyevin və himayədarının turduğu AFFA-nın belə sevimli işbilməzləri çoxdu. Onların isə Samir kimi heç nədən döyüşkən kollektiv quracağın inanmırıq. Prezident son müsahibəsində strategiyalarının dəyişməyəcəyini deyib, bu isə o deməkdi ki, Abasovu qaçaq salan səbəb yenə aktual olacaq. Bu şərtlərlə isə yüksək pillələrə ümid etməyə dəyməz. 

Mənbə: Futbolinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X