15:31 25.05.2018 1762

“Qəbələ”nin futbolçusu ilin ən yaxşısı seçildi

Mayın 20-də «U-15 Liqası»nda 2017/18-ci illər mövsümünə yekun vurulub.

Fanat.Az xəbər verir ki, çempionat başa çatdıqdan sonra "Het-trik news" qəzeti birinciliyin ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə Liqada iştirak edən 15 komandanın məşqçiləri arasında apardığı sorğunun nəticələrini açıqlayıb.

Qaydalara əsasən hər məşqçi çalışdırdığı komandadan olmamaq şərtilə 5 futbolçunun adını çəkə bilərdi. Siyahıya uyğun olaraq adları çəkilən futbolçular 1-5 xal qazanırdılar. Sorğunun nəticəsinə əsasən, «Qəbələ»nin hücumçusu Kamal Kazımov 24 balla mövsümün ən yaxşı futbolçusu seçilib. 2-ci yerə 20 xal toplayan Əbil Əbilov («Keşlə»), 3-cü yerə isə 18 xalla Cəlal Hüseynov («Zirə») layiq görülüblər. İlk «beşliy»i Cəlaldan 1 xal az toplayan Mehrac Baxhəliyev («Qəbələ») və Əli Tağıyev («Keşlə») qapayıb.

Ümumilikdə, sorğuda 32 futbolçunun adı çəkilib. Onlardan 8-i «Qəbələ»nin, 6-ı «Keşlə»nin, 5-i «Vətən»in şərəfini qoruyur. Həmçinin, «Zirə» və «Neftçi»nin 3, «Kəpəz» və «Viləş»in 2, «Qarabağ», «Səbail» və İsgəndər Cavadov BFA-nın 1 futbolçusunun adı siyahıda yer alıb.

Mövsümün ən yaxşı futbolçusu olan Kazımov Kamal Kamil oğlu 2003-cü il yanvarın 6-da Bakıda anadan olub. 2015-ci ildə Nəbi Xanciqazovun rəhbərliyi altında futbolda ilk addımlarını atıb. Daha sonra bir müddət Azər Cabbarovun yanında futbolun sirlərinə yiyələnib. 2016-cı ilin yanvarında «Qəbələ»yə keçib. Bir müddət Rüfət Mədətovun rəhbərlik etdiyi komandada oynayan Kamal hazırda Rakif Əliyevin çalışdırdığı «Qəbələ»nin U-16 komandasının üzvüdür. O, eyni zamanda U-16 millimizin də futbolçusudur.

"Het-trik news" qəzeti Kamal Kazımova mükafatı yanvar ayının 31-də «Vətən» Futbol Məkbətinin keçirdiyi «Respublika Günü» turnirinin finalından sonra təqdim edəcək.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X