Heyətində dəyişikliklər edən "Səbail” iki futbolçu ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu "Qarabağ”dan ayrılan Rahid Əmirquliyev və Ağabala Ramazanovu heyətə cəlb edib. Hər iki oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, baş məşqçi Samir Əliyevin əvəzinə Aftandil Hacıyevi gətirən komanda Vüqar Nadirov, Ruslan Əmircanov, Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev, Faruk Miya və Yevgeni Koçukla yollarını ayırmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol