11:01 01.06.2018 1629

"Keşlə" çempionu yenib turnirin qalibi oldu - FOTO

Dünən "Vətən" RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və "Het-trik news" qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş "Respublika günü" futbol turniri başa çatdı.

Fanat.Az xəbər verir ki, turnirin finalında U-15 Liqasının son çempionu "Vətən"lə bürünc mükafatçısı "Keşlə" üz-üzə gəlib. "Bayıl Arena"da keçirilən qarşılaşmada "Keşlə" 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb. Bu oyundan bir qədər əvvəl isə 3-cü yer uğrunda oyunda "Səbail" "Neftçi"dən üstün olmuşdu - 3:2.



Münsiflər heyətinin rəyinə əsasən Kamran Şabıyev (Vətən) "ən yaxşı qapıçı", Cəlal Hüseynov (Zirə) "ən yaxşı müdafiəçi", Elvin Abdullayev (Vətən) "ən yaxşı yarımmüdafiəçi", Vaqif Həsənov (Keşlə) "ən yaxşı hücumçu", Rauf Ağasənov (Səbail) "ən sərrast futbolçu", Nihat Həsənzadə (Neftçi) "fair-play",  Əbil Əbilov (Keşlə) "ən yaxşı futbolçu" mükafatlarına layiq görüldülər.

Turnir başa çatdıqdan sonra AFFA və Təhsil Nazirliyinin nümayəndələrinin, veteran futbolçuların iştirakı ilə mükafatlandırma mərasimi keçirildi. Laureatlar qiymətli hədiyyələrlə, qalib komandalar isə kubok və diplomlarla təltif olunublar. Mərasimdə həmçinin, "Het-trik news" qəzetinin apardığı sorğuya əsasən U-15 Liqasının ən yaxşı futbolçusu seçilmiş "Qəbələ"nin futbolçusu Kamal Kazımova da mükafat təqdim edilib.



Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

Facebookdan bizi izləməyi unutmayın.
X