"Səbail"in yay hazırlıq planında dəyişiklik baş verib.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Bolqarıstana yox, Türkiyəyə yollanacaq. İyulun 9-da səfərə çıxacaq komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirəcək.
"Səbail" iki həftəlik toplanış müddətində Qızılcahamam bölgəsində məskunlaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol