17:12 09.08.2018 1920

"Sabah"da MŞ yaradıldı: nazir müavini, Ponomoryov...

"Sabah” futbol klubunda Müşahidə Şurasının yaradılıb.

 

Fanat.Az xəbər verir ki, MŞ-da 5 nəfər yer alıb.

 

Bunlar Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, futbol veteranı İqor Ponomaryov, "1news.az” saytının və "Bakinskiy raboçiy” qəzetinin rəhbəri Rəhman Hacıyev və sahibkarlar - Rauf Xəlilovla Yaqub Hüseynovdur.

 

Hüseynov 2018/2019 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edəcək "Sabah”ın təsisçisdir. O, klubun sponsoru "Bridge Group of Companies” şirkətinin rəhbəridi.

 

Klubun açıqlamasınada yazılıb:

 

"AFFA-nın qərarına əsasən Premyer Liqada çıxış edən klublarda Müşahidə Şurası yaradılmalıdır. Bu ildən Premyer Liqada çıxış edəcək "Sabah” Futbol Klubunda da AFFA-nın tövsiyəsi və dəstəyi ilə Müşahidə Şurası yaradılıb.

 

Müşahidə Şurasının üzvləri klubun fəaliyyətində və ilbəil daha da inkişaf etməsi üçün görüləcək işlərdə yaxından iştirak edəcəklər. "Sabah” FK-nın əsas prinsiplərindən biri möhkəm bünövrə üzərində sağlam klub yaratmaqdır ki, Müşahidə Şurasının üzvləri də bu sahədə öz köməklərini göstərəcək, məsləhətlərini verəcəklər. Onlar müxtəlif qurum və şirkətlərlə işgüzar əlaqələrin qurulması, kluba yeni investorlar və sponsorların cəlb olunması istiqamətində əhəmiyyətli rol oynayacaqlar. Şura üzvləri eyni zamanda klubun inkişaf strategiyası üçün önəmli olan ideya və təkliflərini verəcəklər”.

 

Müşahidə Şurasının tərkibi aşağıdakı kimidi:

 

Firudin Qurbanov- Azərbaycan Respublikası təhsil nazirinin müavini.

 

2003-cü ildə AFFA-nın elmi metodiki komissiyanın sədri, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasında İşçi Qrupun rəhbəri olub. 2014-cü ildən təhsil nazirinin müavinidir. 2015-ci ilin mart ayından AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür. Həmin ilin may ayında Tələbə Futbol Federasiyasının prezidenti seçilib.

 

Qeyd edək ki, Firudin müəllimin klubumuzun Müşahidə Şurasına üzv qəbul olunması AFFA tərəfindən tövsiyə olunub. Firudin Qurbanov "Sabah” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

 

İqor Ponomaryov- Azərbaycanın sabiq futbolçusu və məşqçi,si 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989).

 

Ponomaryov Azərbaycan futbolunun tanınmış simalarındandır. Karyerasının böyük hissəsini "Neftçi”də keçirib. Sabiq yarımmüdafiəçi SSRİ-nin gənclər yığmasında da çıxış edib. 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan SSRİ yığmasının heyətində olub. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb.

 

Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olub. İsveçin "Sirianska”, Rusiyanın "Maşuk” klublarıyla yanaşı, ölkəmizdə "Qarabağ” və "Xəzər Lənkəran” kimi komandalarda çalışıb. Ponomaryov Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.

 

Rəhman Hacıyev- "1news.az” saytının və "Bakinskiy raboçiy” qəzetinin rəhbəri.

 

2002-2008-ci illər aralığında MBASK sığorta şirkətində maliyyə sahəsində çalışıb. 2008-ci ildən "1news.az” saytının və "Bakinskiy raboçiy” qəzetinin rəhbəridir. O, ən böyük həvəskar futbol liqası olan MFL-in əsas təsisçisi və direktorudur.

 

Rauf Xəlilov- Sahibkar

 

2007-ci ildən "İSR Holdinq”də vitse-prezident vəzifəsində çalışır. Şirkətin fəaliyyət sahəsinə nəqliyyat, neft və neft məhsullarının satışı, otel işi, avtomobil biznesi daxildir. Azərbaycanda ən böyük satış şirkətlərindən olan "Zara” və "Massimo Dutti”nin səhmdarlarındandır. "İSR Auto” isə Azərbaycanda "Toyota” və "Lexus”, həmçinin, "Georgia Lexus” şirkətlərinin rəsmi dileridir. Dağ Xizək İdman Federasiyasının prezidentidir.

 

Yaqub Hüseynov- Sahibkar

 

"Sabah” Futbol Klubunun təsisçisi və Müşahidə Şurasının sədridir. Yaqub Hüseynov "Bridge Group of Companies”-in rəhbəridir. 1998-ci ildə "Global İnteriors Group” şirkətini, 2008-ci ildə isə "Bridge Group of Companies” şirkətlər qrupunu və "Bridge Plaza” biznes mərkəzini təsis edib.

 

Fanat.Az



 

 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X