12:50 31.08.2018 1580

Samir Abasov: "Bunu bilə-bilə “Zirə”yə gəlmişəm"

"Zirə”nin yeni baş məşqçisi Samir Abasov brifinq keçirib. 39 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda məşq prosesindən öncə jurnalistlərin suallarını cavablandırıb.

- Komanda ilə bağlı ilk təəsüratınız necədir?
- Dünəndən etibarən məşqlərə başlamışıq. Üç nəfər oyunçumuz millidə olduğu üçün ümumi toplantı keçirməmişik. Tanışlıq xarakterli iclasımız oldu. Təəsüratımız yaxşıdır. Uşaqlar canla-başla məşq edirlər. Açığı, bir az əhval-ruhiyyədə problem var. Onu da aradan qaldırmaq üçün 15 günə yaxın vaxtımız var. Bunun üçün çalışacağıq. Burada həm yerli, həm legioner futbolçular var. Ümumi dil tapmağa səy göstərəcəyik ki, komanda şəklində nəyəsə nail olaq.

- Komandanın sabiq baş məşqçisi Ayxan Abbasovla halallaşacağınızı demisiniz. Onunla görüşünüz oldu?
- Neçə gündür onunla əlaqə saxlamağa çalışsam da, alınmayıb. Həm klubdan, həm də dostları Ayxan müəllimin burda olmadığını bildirdilər.

- Artıq Bakıdadır...
- Burdadırsa, yəqin ki, danışacağıq. Hökmən!

- Mərkəz müdafiəçiləri Adil Nağıyev və Sadiq Quliyev gənc və təcrübəsiz oyunçulardır. Bu və digər mövqelərə transferlər etmək üçün imkan verir?
- Qeyd etdiyiniz mövqə barədə hamı danışır, problem var. Amma bu o demək deyil ki, əlimizdə olan həmin müdafiəçilər zəifdirlər. Lakin rəqabət üçün müdafiənin mərkəzinə transfer lazımdır. Ancaq siz də bizi başa düşün – bütün çempionatlar start götürüb, bütün komandalar kompektləşib. Yaxşı oyunçuları götürüblər. İndi biz hər yoldan keçəni, çöldə qalanı gətirməklə, həm limitimizi pozacağıq, həm də işimizə zərər verəcəyik. Ən yaxşı variantı axtarmağa çalışacağıq. Olmadığı halda, kimi gəldi götürmək, bunun əziyyətini çəkmək istəmirik. Bəlkə, qış fasiləsində bu barədə rəhbərliklə görüşümüz olacaq.

- "Sumqayıt”da yalnız yerli futbolçularla işləmisiniz, indi isə legionerlər də var. Ümumi dil tapmaq çətin olmayacaq ki?
- Burda bir problem yoxdur. Ümumi dilimiz futbol dilidir. Xarici dil baxımından da problemimiz yoxdur, danışa bilirik.

- Sizcə, "Zirə”nin legionerləri yerlilərdən nə dərəcədə güclüdür?
- Buna cavab versəm, düzgün olmaz. Çünki komanda öncədən yığılıb və mən də komandada kimlərin olduğunu bilirdim. Bunu bilə-bilə "Zirə”yə gəlmişəm. İndi şikayət etmək, danışmaq düzgün çıxmaz. Əlimizdə olanla işləməliyik. Adama "istəmirdin, niyə gəlmişdin?” deyərlər. Amma legionerlərin nazı ilə oynamaq fikrimiz də yoxdur. Oynamayacaqlarsa, qapımız açıqdır, göndərəcəyik.

- Rəhbərik qarşınıza hansı hədəfi qoyub?
- Bura gəlməyimin səbəbi klub rəhbərliyidir. Həddindən artıq ürəyə yatan, futbolu bilən, peşəkar rəhbərliyimiz var. Danıdanda da fikirlərinin nə qədər düzgün və uzaqgörən olduğunu görürsən. Bu dəqiqə desəm ki, hədəf budur, düzgün çıxmaz. Çünki qarşıma hansısa hədəf qoyulmayıb. Amma hər oyuna udmaq üçün çıxmaq, Avroliqaya vəsiqə qazanmaq şərt olmasa da, istəyimizdir.

- "Sumqayıt”dan ayrılandan sonra "Qəbələ”yə keçəcəyiniz deyilsə də, "Zirə”yə gəldiniz. Gedişatın gözlədiyiniz kimi olmadığını söyləmək olar?
- "Qəbələ” rəhbərliyi ilə danışığım, ünsiyyətim olmamışdı. Bunu yalnız mətbuatda yazırdılar. Qıraqda qalan məşqçilərin adlarının hansısa klubla yanaşı hallanması normal haldır. Həmin dönəmdə "Qəbələ”də baş məşqçi yox idi. Adım hallansa da, reallıqda onlarla danışığım olmayıb. Çoxları deyirdi ki, işsiz qalmağım uzun çəkməz. Onlar deyən də oldu.

- Xaricdə işləmək istədiyinizi demişdiniz...
- Bunu demişdim. Amma reallıq budur ki, bizim məşqçilər reytinqli deyil. Xarici klublar İtaliya, İspaniya, Xorvatiya kimi adı çıxmış ölkələrdən məşqçi götürürlər. Nə qədər güclü, bilikli olsan da, sənə qucaq açıb "gəl” deyən yoxdur. Sən özün agentlər vasitəsi ilə ora yollar tapmalısan. Mən də onlara müraciət etmişdim. Bu gün olar, sabah olar... İndiyə kimi də çalışırlar. Belə bir şey olsa, güman ki, "Zirə” rəhbərliyi də etiraz etməz. Bunu zaman göstərər.

- "Səbail”ə getmək variantınız da vardı. Niyə büdcəsi "Zirə”dən iki dəfə çox olan bu kluba getmədiniz?
- Büdcə məsələsini bilmirəm. Sadəcə, həmin dönəmdə qazan qaynamışdı, "Sumqayıt”dakı işimdən sonra istirahət götürməliydim ki, yeni nəfəslə başlayım. Orda işə başlamaqla, "Səbail”ə xəyanət etmiş olardım. Fikirlərim dağılmış, başım şişmişdi. Nə edəcəyimi bilmirdim deyə, "Səbail”ə "yox” cavabı verdim. Bu, sırf mənim özümlə bağlı idi. Orada əla şərait yaradırdılar.

- Legionerlər olan komandada işləmək çətindir, yoxsa yalnız yerlilərlə?
- Yerlilərlə rahatdır, çünki ümumi dildəsən. Legionerlər qıraqdan gəlib. Özümüzünkülər barədə məlumat toplamaq asandır. Əcnəbilər isə video vasitəsi ilə gətirilir. Klubunun 3-4 meneceri olsa, izləsə, başqa məsələ. Nə qədər əcnəbi var ki, problemli çıxıb. Ona görə də legionerlərlə çətindir.

- "Qarabağ”ın Avropa Liqasının qrupuna düşməsi barədə nə deyə bilərsiniz?
- Demişdim ki, rahat udacaqlar, hesab da böyük olacaq. "Qarabağ” indi dirçəliş dönəmindədir. Şükür, qrupa düşüb. Getdikcə, daha yaxşı komanda görəcəyik.

Mənbə: Report.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X