22:21 24.10.2018 2756

Adi yoxlama, yoxsa Elxan Məmmədovun "barmağı"? - FOTOLAR

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları gözlənilmədən "Qarabağ” komandasının üzvlərindən dopinq test götürməyə gəliblər.

Fanat.Az xəbər verir ki, onlar əvvəlcə komandanın məşq etdiyi Bakı Olimpiya Stadionuna gediblər. Daha sonra isə agentliyin nümayəndələri komandayla birgə "Qarabağ”ın Suraxanıdakı bazasına yollanıblar və bu dəqiqələrdə komandanın 7 üzvündən dopinq test götürürlər. Bunlar Ernesto Emeqara, Simeon Slavçev, Abdullah Zubir, Ansi Aqolli, Araz Abdullayev, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovdu.

"Qarabağ”ın mətbuat xidməti məlumatı təsdiqləyib. Bildirilib ki, agentliyin dopinq test aparaq hüququ olsa da, bu, UEFA-nın təlimatı ilə həyata keçirilməyib.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da sosial mediada məsələyə münasibət bildirib. Klub rəsmisi bildirib ki, bu UEFA-nın tələbi deyil və AMADA-nın şəxsi təşəbbüsü ilə baş tutub: "AMADA bu gün dopinq-testə gəlib. UEFA-nın tələbi olmadan, şəxsi insiativi ilə. Sabah önəmli oyun var və komanda üzvləri oyuna təcrid olunmuş vəziyyətdə "hazırlaşırlar".

Təbii ki, AMADA-nın öz missiyası var və qadağan olunmuş maddələrə qarşı mübarizə aparır. Heç kimi bu təşkilata hansısa bir klubda dopinq test keçirməyi qadağan edə bilməz. Amma sabah "Qarabağ"ın taleyüklü oyunu var. Belə bir oyun ərəfəsində ali futbol qurumunun, həmçinin başqa bir təşkilat və ya fiziki şəxsin tələbi və təşəbbüsü olmadan yoxlamanın keçirilməsi hansı məqsəd daşıyır? Bundan əvvəl ölkəmizdə keçirilən hansı idman tədbirindən öncə AMADA öz təşəbbüsü ilə belə bir addım atıb? Ən azından biz belə bir hadisəni xatırlamırıq...

Bir daha qeyd etmək yerinə düşər ki, "Qarabağ" ölkəmizi uğurla təmsil edir deyə qanunlar pozulmalıdı deyə bir tələb yoxdu. Bu qanundursa, "Qarabağ"a qarşı da tətbiq olunmalıdır, digər klublara və təşkilatlara qarşı da. Amma...

Bəlkə bu son dövrlər "Qarabağ"la, daha doğrusu həm milli komandaların, həm də Ağdam klubunun məşqçilər korpusunu təşkil edən mütəxəssislərlə "soyuq müharibə" şəraitində olan AFFA-nın baş katibi Elxan Məmmədovun "canıyananlığı"nın nəticəsidi? Bunun belə olub-olmadığını dəqiq deyə bilmərik. Amma əgər bu işdə bir "barmaq" varsa, o məhz cənab Məmmədovun barmağıdı. Bundan heç kimin şübhəsi olmasın...

Qeyd edək ki, "Qarabağ” sabah Avropa Liqasında Ukraynanın "Vorskla” klubu ilə qarşılaşacaq. 

Fanat.Az
 









Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X