23:20 07.11.2018 1088

Səfir "Qarabağ"ın məşqinə gəldi - FOTO

"Qarabağ” Avropa Liqasının IV turunda keçiriləcək "Vorskla" ilə səfər oyunu öncəsi son məşqinə çıxıb.

 

Fanat.Az xəbər verir ki, ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olan hazırlıq prosesində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltava şəhərindəki fəxri konsul Elşən Vəliyev də iştirak edib.


Onlar komandanın məşqini izləyib. "Qarabağ” rəhbərliyi qonaqlara arxalarında adları yazılmış forma hədiyyə edib.


Xudiyev sabah baş tutacaq "Vorskla" - "Qarabağ" matçından əvvəl fikirlərini də bölüşüb. Səfir sabahkı oyundan yaxşı nəticə gözlədiklərini bildirib: "Böyük ümidlərlə bura gəlmişik. Ümid edirik ki, "Qarabağ" sabahkı oyunda qələbə qazanacaq. Artıq bizim səfirlikdən diaspora təşkilatları üzərindən sosial şəbəkələr vasitəsilə burada yaşayan soydaşlarımızı oyunda "Qarabağ"ı dəstəkləyəməyə, bizə dəstək olmağa çağırmışıq. Ümid edirik ki, onlar bizim yanımızda olacaqlar. Çünki Qarabağ bizim ən həssas yerimizdir. Hər bir Azərbaycan vətəndaşının və soydaşlarımızın mənəvi borcudur ki, sabah gəlib bizim komandanı dəstəkləsinlər”.


Xudiyev sabah stadionda 300 nəfərdən artıq azarkeş olacağına ümid etdiyini söyləyib: "Təxminən 250-300 nəfər azarkeş gözləyirik, ola bilər daha artıq olsun. Hətta biz uzaq olan regionlara da nəqliyyat vasitəsi ayırmışıq ki, insanlar rahat şəkildə gəlib oyunu izləyə bilsinlər. Ümid edirik ki, oyun gec saatda olsa da azarkeşlər "Qarabağ"ı dəstəkləməyə gələcəklər".


Azərbaycanın Poltavadakı fəxri konsulu da matç barədə fikirlərini açıqlayıb: "Biz əlimizdən gələni edirik ki, daha çox azarkeşimiz oyuna gəlsin. Poltovada olan soydaşlarımıza xəbər vermişik ki, sabah işləri olsa belə oyunda iştirak etsinlər və "Qarabağ"ı dəstəkləsinlər".


Konsul oyuna marağın yüksək səviyyədə oldğunu bildirib:"Maraqlananlar və müraciət edənlər çox olur. Oyunun yeri və vaxtı ilı bağlı məlumat alırlar. Oyuna maraq da yaxşı səviyyədədir. Sabah ümid edirik ki, azarkeşlər komandanın yanında olacaqlar".


Qeyd edək ki, noyabrın 8-də Aleksey Butovski adına stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

Facebookdan bizi izləməyi unutmayın.
X