AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Bilal Həmdini bir oyunluq cəzalandırıb.
Fanat.Az xəbər verir ki, səbəb 27 yaşlı yarımmüdafiəçinin Premyer Liqanın XIII turunda səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri matçda ikinci sarı vərəqə alaraq meydandan qovulmasıdı. 61-ci dəqiqədə oyundan kənarlaşdırılan fransalı oyunçuya görə klubu 200 manat məbləğində cərimə olunub.
İntizam Komitəsi "Sumqayıt", "Qəbələ" və "Keşlə"yə isə 800 manat cərimə kəsib. İlk iki komanda 4, sonuncusu isə 5 futbolçusunun müvafiq olaraq, "Səbail" (1:0), "Zirə" (0:0) və "Qarabağ"la (5:1) görüşlərdə sarı vərəqə almaları səbəbindən ziyana düşüb.
Fanat.Az