17:45 06.12.2018 1401

Aftandil Hacıyev: "Rəqib topla oynaya bildiyini göstərdi"

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin 3 görüşü başa çatdı. Topaz Premyer Liqasının təmsilçilərinin qalib ayrıldığı oyunlardan sonra mətbuat konfransı keçirilib. Konfranslarda komandaların çalışdırıcıları fikirlərini bildiriblər. Peşəkar Futbol Liqasının rəsmi saytı altı mütəxəssisin fikrini təqdim edir: 

Ağsu - Sabah 0:3

Elşad Əhmədov ("Sabah”ın baş məşqçisi): "İlk dəqiqələrdən hesabı açmağımız bizə rahat oynamağa kömək oldu. Fərqi 2 topa çatdırandan sonra, rəqib tamamilə həvəsdən düşdü. Birinci hissə bizim üçün daha ağır oldu. İkinci yarıda əsasən gənc oyunçulara üstünlük verdim. "Ağsu”ya divizion oyunlarnda uğurlar arzu edirəm”.

Arif Rizvanov ("Ağsu”nun məşqçisi): "Qələbəyə görə rəqibi təbrik edirəm. Ustalıq səviyyəsi öz sözünü dedi. Təcrübəli futbolçularımız az olduğuna görə "Sabah”la bacarmadıq”.

Kəpəz - Səbail 0:4

Aftandil Hacıyev ("Səbail”in baş məşqçisi): "Uzun yol qət etsək də, yaxşı oynadıq. Komandamdan razıyam. Lazım olan qələbəni əldə etdik. "Kəpəz”ə də növbəti oyunlarda uğurlar arzu edirəm. Böyük hesablı qələbə qazansaq da, rəqib topla oynaya bildiyini göstərdi”. 

Etibar İbrahimov ("Kəpəz”in baş məşqçisi): "Oyun zamanı da göründü ki, rəqib əbəs yerə Premyer Liqanın 3-cü pilləsində qərarlaşmayıb. Fərdi olaraq "Səbail” futbolçuları çox seçilirdi. Sürətdə rəqiblə ayaqlaşa bilmədik. Təəssüf ki, hesab böyük oldu, bu oyunun futbolçularıma gözəl dərs olacağını düşünürəm. Rəqibi təbrik edirəm”

Qaradağ Lökbatan - Sumqayıt 0:4

Ayxan Abbasov ("Sumqayıt”ın baş məşqçisi): "Komandamı təbrik edirəm, meydanda xarakter göstərdilər. Gənc və oyun təcrübəsi olmayan futbolçulara daha çox şans verdim. Süni örtüklü stadion olduğuna görə əsas heyətin bir sıra oyunçusuna zədədən qorunsunlar deyə şans vermədim. "Qaradağ Lökbatan”a növbəti oyunlarda uğurlar arzu edirəm. Növbəti oyunumuzun "Neftçi”ylə olacağına gəlincə, bütün komandalara hörmət edirik. Hər oyun çətin olur. O ki qaldı Nicat Qurbanova, yorulsa belə, 90 dəqiqə oynatdım, onun buna ehtiyacı var”.

Elçin Dərgahquliyev ("Qaradağ Lökbatan”ın baş məşqçisi): "Premyer Liqa ilə divizion arasındakı səviyyə fərqi özünü göstərdi. Futbolçularımızın çoxu 20 və daha aşağı yaşda idilər. Onlar ilk dəfə idi ki, Premyer Liqa klubu ilə oynayırdılar. Rəqibə uğurlar arzu edirəm, təəssüflənməyimə yeganə səbəb müdafiə xəttinin həddən artıq zəif çıxış etməsi oldu”.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

Facebookdan bizi izləməyi unutmayın.
X