20:51 15.12.2018 2604

"Zirə" ümidləndi, "Neftçi"ni "evində döydülər"

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Fanat.Az xəbər verir ki, bu mərhələdə qaliblər iki matçın nəticəsinə görə müəyyənləşəcək.
 
İlk oyun günündə iki qarşılaşma baş tutub. 1/4 finalın birinci oyununda "Zirə" və "Səbail" üz-üzə gəlib.
 
Cari mövsümdə Premyer Liqada iki dəfə münasibətlərinə aydınlıq gətirən komandaların ilk dueli 1:1 hesabı ilə başa çatsa da, "Zirə" limiti pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət alıb. İkinci görüşdə isə hesab açılmayıb. "Səbail" qış fasiləsinə Premyer Liqanın 4-cü, "Zirə" sonuncu pilləsində yollanıb.
 
Bu komandalar kubokda ilk dəfə gücünü sınayıb. Qəsəbə təmsilçisi ilk yarıdan azlıqda qalan rəqibini bir cavabsız qolla yola salıb.

Günün ikinci oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. İndiyədək kubokda qarşılaşmayan komandaların bu mövsüm Premyer Liqada baş tutan ilk matçında "Neftçi" qələbə qazanıb (0:2), ikinci görüşdə qalib müəyyənləşməyib (0:0). "Ağ-qaralar" Premyer Liqada qış çempionu olub, "gənclik şəhəri" təmsilçisi isə fasiləyə 6-cı pillədə yollanıb.
 
Ölkə kuboku çərçivəsində "siftə edən" tərəflərin birinci duelindən "kimyaçılar" qalib ayrılıb. Rəqib meydanında 2 cavabsız qol vuran sumqayıtlılar "ağ-qaralar"ı böyük çətinlik qarşısında qoyub. İndi çempionatın lideri ikinci matçda bu fərqi aradan qaldırmaq haqda düşünməlidi. Hərçənd "Sumqayıt"ın səfərdə yendiyi komandaya "doğma divarlar" arasında böyük hesabla uduzacağını güman etmək də çətindi.

Qeyd edək ki, bu mərhələnin sabah keçiriləcək oyunlarında "Qəbələ" "Sabah"ı, "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Cavab görüşləri isə dekabrın 19-20-də keçiriləcək.

Azərbaycan Kuboku 
1/4 final
İlk oyunlar

15 dekabr

Zirə - Səbail 1:0
Qol: İlkin Muradov, 45

Mirsahib Abbasov 80-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Qırmızı vərəqə: Tome Kitanovski, 33

 


Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Fizuli Nəcəfov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
"Dalğa Arena".
 

"Zirə”: 85. Kamal Bayramov, 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duvetru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Kamal Mirzəyev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov
Baş məşqçi: Samir Abasov


"Səbail”: 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 11. Ruslan Qurbanov, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 30. Nazim Kərimli, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

 



Neftçi - Sumqayıt 0:2

Qollar: Əli Babayev, 28 (pen.), Şəhriyar Əliyev, 45+4

Qırmızı vərəqə: Anton Krivotsyuk, 88 (ikinci sarı)


 


Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Bakcell Arena".
 

"Neftçi”: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 25. Kiril Petrov (k), 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 6. Qoran Paratski, 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 21. Məhəmməd Mirzəbəyov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Roberto Bordin


"Sumqayıt”: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 6. Səbuhi Abdullazadə, 7. Cavid Tağıyev, 8. Orxan Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev
Baş məşqçi: Ayxan Abbasov

 


Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

Facebookdan bizi izləməyi unutmayın.
X