23:09 20.12.2018 1947

Qurban Qurbanov: "Bəzi futbolçuları buraxmamaq lazım idi"

"Çətin oldu. Kubok matçı fərqlənir. Futbolçuların motivasiyası tam başqa olur". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsində "Keşlə" ilə qarşılaşan "Qarabağ" səfərdə qollu bərabərə qalıb - 1:1. İlk oyundakı qələbə (1:0) Ağdam klubunu yarımfinala daşıyıb.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Bir rəqibi keçib, yarımfinala düşmək komandanı əlavə stimullaşdırır. Futbolçulara təşəkkür edirəm ki, çətin oyunların öhdəsindən gəldilər. İlk hissədə çoxlu top itkilərimiz oldu. Fasilədən sonra futbolçular meydanda daha düzgün yerləşdi. Hiss olunur ki, Tərlan Əhmədov yaxşı sistem qurub. Bir neçə oyun 5-li müdafiədə oynasalar da, sonradan 4 müdafiəçi ilə çıxış etməyə başladılar. "Keşlə”yə də uğur arzulayıram. İstirahət etməyə vaxtımız azdı. Futbolçular fürsətdən istifadə etməlidi. Yanvarın 6-da yığışıb, hazırlığa başlayacağıq".

- Komandadan gedənlər olacaqmı?
- Açığı, hələ ki, bu barədə məlumat verə bilməyəcəm. Hər bir futbolçunun müqaviləsi var. Bəzi oyunçular daha çox oynamaq istəyirlər. Qışdan sonra oyun sayı da azalacaq. Ola bilər ki, hansısa özü yaxınlaşıb getmək istədiyini desin. Bütün danışıqlar Antalyada başlayacaq.

- Almeydanın qayıdışı məsələsi gündəmdədi?
- Hər hansı danışıq olmayıb.

- Onu yenidən komandanızda görmək istəyərdiz?
- Riçarda demişdik ki, qapılar həmişə üzünə açıqdı. Onu azərbaycanlı hesab edirik, vətəndaşlığı da var.

- Oyunun sonlarında İnqilab Məmmədovla nəsə müzakirə edirdiz...
- Etiraz bildirmədim. İnqilab hörmət etdiyim hakimlərdəndi. Az vaxtda inkişaf elədi. Bir az etiraz fikirlərim oldu. Həddən artıq sarı vərəqə göstərdi. Bəlkə də, mövsümdə rekord oldu ki, bir komanda bu qədər vərəqə gördü. "Sabah”la matçda da çox olmuşdu. Onda da İnqilab idi hakim. Qərarlar gözlənilməz oldu. Gülə-gülə fikirlərimi bildirdim. Jezniçakın epizodlarının heç birində "sarı” görmədim. Diqqətli olmaq lazımdı ki, səhvə görə hansısa komanda əzəiyyət çəkməsin. Bu "Qarabağ”a da, "Keşlə”yə də, digərlərinə də aiddi.

- 2018-ci il sizin üçün dolu keçdi. Millidə işlədiz, "Qarabağ" çempion oldu və s. Bu ili 10 ballıq şkala ilə özünüz üçün neçə balla qiymətləndirə bilərsiz?
- Siz neçə bal versəz, o qədər (gülür). Nəsə demək düzgün olmaz. Çox çətindi. Komandada dəyişikliklər çox oldu. Belədə istədiyini düzəltmək çətin olur. Xüsusən də, qrafik ağır olanda. Etirazlar olur ki, bəzi futbolçuları buraxmamaq lazım idi. Biz heç kimi göndərmək istəmirik. Onların hər birinə də yeni, yaxşı müqavilə təklifləri etmişdik. Amma Çempionlar Liqasında oynayan oyunçulara ciddi təkliflər olur. Biz də büdcəmizə uyğun davranmalıyıq. Hər halda, təkliflər əvvəlkilərdən yüksək olurdu. Bu baxımdan çətin oldu. Amma biz komanda olaraq ayaq üstə dayana bilirik. Uğursuzluq olduğu ona görə deyilir ki, keçən il Çempionlar Liqasında çıxış etmişdik, bu il Avropa Liqasında oynadıq. Amma ardıcıl 5-ci il qrupda çıxış etdik. Bunu uğur saya bilərəm. (Matç.az)

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X