11:56 21.12.2018 1423

"Borussiya"ların Dortmund görüşü "Topaz"da

Avropanın əksər çempionatlarında qış tətili öncəsi son oyunlar keçirilir. Qitənin "top liqalar"ında da bu axşam növbəti tura start veriləcək. 

Gecənin oyunu Almaniya bundesliqasında liderlərin görüşü olacaq.  Bundesliqanın iki "Borussiya"sı - Dortmund və Münhenqladbax təmsilçiləri birincilərin meydanında üz-üzə gələcək. Dortmundlular ötən tur sensasion şəkildə autsayder "Fortuna"ya uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı. Buna baxmayaraq "sarı-qaralar" turnir cədvəlində şəriksiz liderliyini davam etdirir. Münhenqladbax "Borussiya"sı adaşından 6 xal geri qalmaqla 2-ci sırada qərarlaşıb. Bu axşam qazanılan qələbə onları liderə bir qədər də yaxınlaşdıracaq. Amma Dortmund klubunun ardıcıl 2 tur uduzması da inandırıcı görünmür. Üstəlik onların münhenqladbaxlılar qarşısında aşkar statistik üstünlüyü var: aralarındakı 49 duelin 26-sını məhz dortmundlular qazanıb, yalnız 11 görüşdə  rəqib üstün olub. 2015-ci ildən bu yana keçirilən 6 görüşün hamısını isə istisnasız olaraq "Borussiya Dortmund" qalib gəlib. İki "Borussiya"nın duelinə, liderlərin görüşünə  Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" xüsusi status verib. 

Proqnozsevərlər qarşılaşmaya həm canlı,  həm də "təkli" mərc edə bilər. Əmsallar: "Borussiya Dortmund"un qələbəsi 1.45, heç-heçə 4.00, "Borussiya Münhenqladbax"ın qələbəsi 4.65.

Dortmunddakı matç "Topaz" bu gün "təkli oyun" statusu verdiyi 4 görüşdən biridir. Digər "təkli oyunlar"dan "Vulverhempton" -"Liverpul" dueli də maraq doğurur. Premyer liqada bu mövsüm uduzmayan yeganə komanda olan "Liverpul" 2 həftədir liderlik kürsüsünü ələ keçirib. Amma ani bir büdrəmə "qırmızılar"a baha başa gələ bilər. 1 xal az toplamaqla 2-ci sırada qərarlaşan "Mançester Siti" "pusqudadır". Bu axşam "Liverpul" Vulverhempton səfərində xal itirərsə, sabah "Siti" "Kristal Pelas"a qalib gəlməklə yenidən zirvəyə yüksələ bilər. Son 3 turda ardıcıl qələbə qazanan "Vulverhemton" da inadkar rəqib kimi tanınır. "Liverpul" bu şəhərə son 2 səfərində 3 cavabsız qolla qalib gəlsə də, "canavarlar" ləqəbini daşıyan "Vulver"in bu dəfə "dişlərini bərk qıcıyacağını" gözləmək olar. "Topaz"ın bu maraqlı qarşılaşma üçün təklif etdiyi əmsallar belədir: "Vulverhempton"un qələbəsi 5.55, heç-heçə 3.75, "Liverpul"un qələbəsi 1.55.

Ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 66 oyun təklif edir. Onlardan 44-ü canlı mərcə çıxarılacaq. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

Facebookdan bizi izləməyi unutmayın.
X