"Sumqayıt” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az "Top90”a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Təbrizin "Maşinsazi” klubunun hücumçusu Peyman Babayini ilə güclənib. "Sumqayıt" Cənubi azərbaycanlı futbolçunu iki illik icarəyə götürüb.
Türkiyənin İstanbul şəhərində baş tutan imza mərasimində "Sumqayıt”ın prezidenti Riad Rəfiyev, "Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçunun özü iştirak edib. 25 yaşlı forvard hazırda Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt”ın düşərgəsinə yollanacaq.
Qeyd edək ki, Peyman Babayi Təbrizin "Traktorsazi” klubunun yetirməsidi. Bundan başqa o,"Fulad”da çıxış edib. Bu mövsüm "Maşınsazi"nin heyətində 11 oyuna çıxan futbolçu 3 qol vurub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol