Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" qardaş ölkədə bu gün ilk yoxlama matçını keçirib.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun komandası dünən keçirilməli olan, ancaq güclü yağışa görə təxirə salınmış oyunda Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. "Sumqayıt"ın qoluna Ülvi İsgəndərov imza atıb.
Qeyd edək ki, "Sumqayıt" Antalyada bundan başqa, daha 3 yoxlama oyunu keçirəcək. Komanda kollektiv yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə üz-üzə gələcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol