17:02 19.01.2019 1936

Elşad Əhmədov: “Medallar uğrunda mübarizə aparırıq” - MÜSAHİBƏ

Çempionata güman ediləndən daha yaxşı başlayan "Sabah” elita səhnəsinə say artırmaq üçün çıxmadığını oyunu və qazandığı nəticələrlə isbatladı. Debütant qış fasiləsi ərəfəsində başlanğıcdakı tempi qoruya bilməsə də, planlarının böyük olduğunu Təmkin Xəlilzadəni "Qəbələ”dən alaraq isbatladı. Antalyada təlim-məşq toplanışında olan Bakı təmsilçisinin baş məşqçisi Elşad Əhmədovla görüşüb bir neçə məqama aydınlıq gətirməsini istədik.


- Elitada qalmaq uğrunda mübarizə apardığınızı dəfələrlə söyləmisiz. "Sabah” "Səbail”li, "Keşlə”li, "Zirə”li, "Sumqayıt”lı çempionatda sonuncu olmaq istəmir, yoxsa, bunu təvazökarlıq kimi qəbul edək? 

- Çempionat başlayanda qarşımıza qoyulan məqsəd Premyer Liqada qalmaq idi. Amma çempionatın gedişində, xüsusilə, başlanğıcda daha çox xal qazandıq və gördük ki, yalnız elitadan düşməmək yox, bacardığımız qədər irəliləmək üçün mübarizə apara bilərik. Bütün iştirakçılara hörmətlə yanaşırıq. Başqalarının deyil, öz oyunumuz haqda fikirləşirik.


- Rəhbərliyiniz altında iki gənc – Şakir Seyidov və Emil Qasımov Premyer Liqa ab-havasını ilk dəfə duydu. Qışdan sonra buna bənzər addımlar olacaqmı? Elitaya qədəm basmağa layiq növbəti gənc namizədiniz var? Varsa kimdi?

- Klubumuzun strategiyasında gənc oyunçuları üzə çıxarmaq, onlara şans vermək əsas yerlərdən birini tutur. Çempionatın fasilədən əvvəlki hissəsində iki futbolçuya şans vermişik. Bununla kifayətlənmək fikrində deyilik. "Sabah”ın ikinci komandasında əsas komandada oynamağa daha çox namizəd var. Baxırıq, izləyirik, lazım gəldikcə şans vermək də planımızdadı. Öz üzərlərində çalışmalı, "artırmalıdılar”. Kimlərin bundan sonra Premyer Liqada debüt şansı qazanacağını zaman göstərəcək. Hər şey çempionatın gedişindən asılıdı.


- Təmkin Xəlilzadənin keçidi futbol ictimaiyyəti üçün bir qədər gözlənilməz alındı. Nəzərə alsaq ki, debütant avrokuboklara getməyəcək, deməli, bu addım medal arzusuna hesablanıb?

- Təmkini yayda transfer etmək istəyirdik. Yəni planımızda var idi. Özü ailə vəziyyətinə görə paytaxta mövsüm başa çatmamış gəlmək istədi. Buna görə də yayı gözləmədən, transferi reallaşdırdıq. İndiki duruma nəzər salsaq, medallar uğrunda mübarizə aparırıq. Qarşımıza belə tapşırıq qoyulmasa da, hər oyunda xal və xallar qazanmaq istəyirik.


- Rəşad Eyubovu hansı keyfiyyətinə görə heyətə qatdığınızı deyə bilərsiz? Bu yaşda hələ də potensialı açılmayıb? Yoxsa, ondan fərqli mövqedə istifadə etmək planınız var?

- "Neftçi”dən ayrılma səbəblərinə şərh vermək mənim işim deyil. Hər məşqçinin futbolçu haqda öz fikirləri var. Eyubov da mövsümün sonunda heyətə qatmaq istədiyimiz futbolçulardandı. Öz mövqeyində seçilən oyunçulardan saydığımız üçün komandaya dəvət etmişik. Başqa ampluada sınamaq mövqeyində oynayacaq.


- Qış fasiləsinə 4-cü pillədə yollanan "Sabah” son matçlarda zəif görünürdü. Nəticələr də bunu söyləməyə əsas verir. Səbəb Marko Deviçin yoxluğu idi?

- Belə deyək, ikinci dövrədə təkcə Marko Deviç deyil, başqa futbolçularmız da zədələndi. Məsələn, Elşən Abdullayev də sıradan çıxdı. Nəticədə ehtiyat qüvvə azaldı, bir növ kasadlıq yarandı ki, bu da öz növbəsində nəticələrə təsirsiz ötüşmədi. Əziyyət çəkdik, yeddi oyundan ikisində qələbə qazandıq, birində heç-heçə etdik, dördündə uduzduq. İlk dövrəylə müqayisədə zəif təsir bağışladıq. Debütant üçün ikinci dövrənin yeddi oyununda 7 xal götürmək o qədər də bərbad nəticə deyildi. Ancaq son görüşlərdə pis oynadığımızı danmamalıyıq. Bu, ehtiyat oyunçular skamyasının kasadlığından irəli gəlirdi.


- Eşitdiyimizə görə, Marko Deviç yayda sizinlə vidalaşacaq. Nə dərəcədə doğru məlumatdı?

- Yanlış məlumatdı. Deviç heç yerə getmir. Bizimlə 2 illik müqaviləsi var. Komandaya yaxşı uyğunlaşıb və liderlərdən biridi.

 

Əli Sahib

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X