15:59 25.01.2019 1756

Müəmmalı işbirliyinin perspektiv(sizliy)i

Heç nə dəyişməyb. "Keşlə” həmin "Keşlə”di və bu komanda belə də davam edəcək.
 
Əslində, Zaur Axundovun Tərlan Əhmədovu baş məşqçi postuna gətirməsi özü müəmmalı idi və bu sirr indiyədək çozülməyib, izdivacın  səbəbləri az adama məlumdu. "Neftçi”dəki hoqqalardan sonra Əhmədovun hətta futbolda qalmaması lazım idi. Onun "Keşlə”nin Müşahidə Şurasının sədri ilə işbirliyi isə ümumiyyətlə, mümkün olmamalıydı. Amma oldu.
 
O səbəbdən ki, ötən qış məhz Əhmədov Axundovun komandasının futbolçularını pulla almağa cəhd etmiş, sonradan 3 nəfərin ömürlük diskvalifikasiyasına səbəb olan hadisələr baş vermişdi. Üstəlik, Tərlan bəy növbəti hoqqalarla daim tənqid hədəfi olmuşdu.
 
Lakin olan Nizami Hacıyev və Mirhüseyn Seyidova oldu. Axundov bu futbolçuların Əhmədovla birgə etdiyi günahları unutdu, zərbə futbolçulara dəydi, məşqçi isə hətta başda oturduldu. Zaur bəyin kimlərinsə vasitəsi ilə qılığına girən Tərlan indi özünü "Keşlə”nin əsas söz sahibi kimi aparır.
 
Məşqçilərə qarşı amansız olan Axundov onlarla yola getməyi bacarmır. Lakin deyəsən, Əhmədov onu da yanında gəzdirdiyi cüt mollaya tapşırıb, dil-ağzını "bağlatdırıb”. Bütün məşqçilər korpusunun dəyişməsinə, oyunçu seçiminə yalnız məşqçinin nəzarət etməsinə sədr heç bir müdaxilə etmir. Baş məşqçi külli-ixtiyar sahibidi.
 
Lakin iş ondadı ki, həm edilən transferlər, həm də ümumi hazırlıq səviyyəsi, yoxlama oyunlarındakı nəticələr "Keşlə”nin autsayderlər sırasından qurtulmayacağına dəlalət edir. Bütün məsuliyyəti üzərinə götürən, "hər şeyə mən cavabdehəm” deyən məşqçi də durumun fərqindədi. İndi o, açıq şəkildə dediklərini danmır, amma pərdə arxasında deyinməyə başlayıb. "Pul yoxdu”, "rəhbərlik istəklərimizi yerinə yetirmir” deməklə gözlənilən uğursuzluqlara indidən səbəb axtarır.
 
Əhmədovun oyunçu seçimi heç vaxt yaxşı olmayıb. Bəli, hazır heyətlə pis işləmir, lakin seleksiya işini birbaşa ona etibar etdinsə, deməli, intihara razılıq verdin. Ötən mövsüm "Neftçi” üçün seçdiklərini, transferinə razılıq verdiklərini yada salın. Elə "Keşlə”yə yeni gələn Con Kamaranın da bir işə yaramadığını özünüz görəcəksiz. Bu komandanı mövsümün ikinci yarısında ciddi uğursuzluqlar gözləyir.
 
Axundov hələ səbr edir. Yəqin ki, çempionat bərpa olunandan sonra nəticələrə baxıb o da bəzi addımlar atacaq. Lakin həmin vaxt məşqçi qovmaq heç nəyi dəyişməyəcək. Sədr indiyədək işə əl qoymalı idi.
 
Transferlərin yubanması, yeni gələnlərin yalnız Əhmədovun dostu Polad Nəbizadənin kadrları olması maraqlı məqamdı. Deməli, burada iş komandanı gücləndirmək üçün yox, cibləri doldurmaq üçün qurulub. "Keşlə”nin durumu, sabah dəliyə dönəcək Axundovun nüfuzu Əhmədovun vecinə deyil. 10-a yaxın futbolçunun qovulması, Yuri Maksimovun həyata qaytardığı Vaqif Cavadovun - müqaviləsi davam edən futbolçunun Antalyaya aparılmaması, onu qazanmağa cəhd edilməməsi, onları əvəz edənlərin də səviyyəsiz olması mütləq Əhmədovun bacarıqsızlığını üzə çıxaracaq. Bu insanın niyyəti təmiz deyil, ilahi ədalət də cəzasını verəcək. Necə ki, Kamaranın timsalında sabahın uğursuzluq bombası gətirilib.
 
"Keşlə” həm autsayderdi, həm də avrokuboklara vəsiqə qazanmağa ümid edir. Qışda işlər doğru görülsəydi, hətta ilk dördlüyə düşmək problem deyildi. 8 komandanın mübarizə aparıb, yarısının qitə yarışına yollandığı Azərbaycanda bu, realdı. Amma fasilə dönəminin boşa verilməsi üzündən indi əsas hədəf elitada yerini qorumaqdı. Gözü "Neftçi” prezidentliyində, AFFA-da rəhbər vəzifələrdə olan Axundov üçün bu hədəf ciddidisə, Əhmədovun başını sığallamaqda olsun.

Mənbə: futbolinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

Facebookdan bizi izləməyi unutmayın.
X