
"Futbolçulara təşəkkür düşür, oyuna yaxşı kökləndilər. Tapşırığın öhdəsindən gəldilər”.
Fanat.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.
Topaz Premyer Liqasının XVI turunda səfərdə "Sabah”la qarşılaşan bölgə klubu 1:0 hesabı ilə qələbə qazanıb.
Oyundan sonra təşkil olunmuş mətbuat konfransında Qurbanov qarşılaşma haqqında fikirlərini bölüşüb: "Bir az hay-küylü oyun oldu. Sona doğru ajiotaj varıydı. Sürətli komandayla qarşılaşmışdıq. Komandamızda oyun intizamsızlığı yoxdu. Bu baxımdan axsaqlıq görmədim. Bu gün bir az köklənmək baxımından narahatlığım varıydı. Şükür ki, bu baş vermədi”.
Fanat.Az