12:18 14.02.2019 1701

Həngamə bundan sonradı

"Komandamızda maddi cəhətdən heç bir problem yoxdu. Sadəcə, turnir cədvəlindəki yerimiz, məğlubiyyətlərin sıralanması futbolçularda gərginlik yaradır. Psixoloji gərginlikdən çıxa bilmirik. Məni bura klubun prezidenti gətirib. Gəlmişik ki, komandanı bu "qara zolaqdan çıxaraq".


Tərlan Əhmədovun son turdakı məğlubiyyətdən sonra söylədiyi hər cümlədən ayrıca yazı yazmaq olar. "Neftçi”yə gözlənilən yenilgini şərh edən sabiq müdafiəçinin komandası həm də "zirzəmi”yə yuvarlandığından kefi əməlli-başlı pozulmuşdu. Maddi problemlə bağlı məsələni düz deyirdi. Ötən həftənin çərşənbə günü dekabrın, cümə günü yanvarın məvacibi futbolçulara paylanmışdı.


Psixoloji gərginlik də uğursuz bəhanəyə bənzəmirdi. Ardından səsləndirilən fikirlər isə özünümüdafiə xarakterli idi. Çalışdırıcının "hamısını BİRLİKDƏ baxıb bəyənmişik”, "3-ü legionerdi, biri isə Vüsal İsgəndərli... Qalanları yayda gəlib”, "yeniləri bütün məşqçilər korpusu bəyənib” və buna bənzər daha bir neçə cümləsi söylədiklərimə əyani sübutdu. Zaur Axundovun texniki zonada peyda ola bilmək ehtimalıyla bağlı suala uğurlu cavabı alqışlayaraq keçirəm mətləbə...


Komandadakı gərginliyin iki səbəbkarı var: Azundov və Əhmədov. Mətbuatla münasibətləri düzgün qurulmayıb. Başqanın "işgüzar imicinə xələl gətirənlər” ilə açıq mübarizəyə girişməsi "harakiri”ni xatırlatdı. Halbuki bunadək iki çalışdırıcıyla yola getməyərək ab-havanı şəxsən korlamışdı. Rəmiş Malıyevlə klubdaxili çəkişmələri bir kənara qoysaq belə, o, başqanlığı yumşaq desək, yarıtmamışdı.


Əhmədov dönəmi çox səsli-küylü başladı. Əslində qışa qədər nisbi sükut hökm sürməli, istənilməyən oyunçuların ayrılmasına peşəkar şərait yaradılmalı, çətin vəziyyətə düşmüş komandanın döyüş ruhu qorunmalıydı...


Bir rəhbərin yaxşı psixoloq ola bilməməsinin acı nəticələri ilə tanış olun. Tərlan bəy Orxan Sadıqlı, Vaqif Cavadov kimi yerliləri o qədər narazı yola saldı ki, komandada qalanların da canına üşütmə düşdü. Səhv etməkdən qorxan, bir xəta ilə qurbana çevriləcəyindən çəkinən oyunçu ilə hara qədər gedə bilərsən? Sadə məntiqlə, futbolçu ilk növbədə özünəinamı qorumalı, səhvin üstünə gedib düz oynamağı öyrənməlidi. Deyilmi?


Əhmədov nəinki sərəncamındakılara, özünə qarşı da baxış bucağını dəyişməlidi. Kollektivdə günahkar axtarmaqla, fiziki planda açıq-aşkar "çatdırmayan” kollektivdə FİZİKİ MƏŞQÇİYƏ ehtiyac olmadığını söyləməklə 8 komandalı premyer-liqada da nəsə etmək çətin məsələdi. İndi hamı azdan-çoxdan bu idman növündən anlayır. Aftandil Hacıyev, Samir Abasov kimi "yeni məktəb” yolunu seçənlər var. Tərlan bəy bu dəfə də işinin öhdəsindən gəlməyəcəyi halda rəqabətdə uduzacağını anlamalıdı.


Bu gün son pilləyə düşən "Keşlə”nin büdcəsi də digər "AFFA övladları”nınkından az deyil. Çoxu legioner olan normal heyətdən nəticəyə gedə bilən kollektiv formalaşdırmaq baş məşqçinin borcudu. Formalaşdıra bilmirsə, yenə də özü günahkardı. Ola bilsin, zaman darlığı yenidənqurma komandanın özünün maksimum potensialını ortaya qoymasına maneədi. Fəqət bu da çalışdırıcının burnundan uzağı görməyi bacarmaması, düzgün strategiya seçməməsi anlamındadı.

  

İndi də Axundov növbəti yanlış gedişdə bulunaraq texniki zonada şəxsən əyləşməyə nail olsa, əməlli həngamə başlayacaq. İnanmırsız? Gəlin, gözləyək.

 

Nihat Ağasoy

"Futbol+" qəzeti

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

18:01

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

17:43

"Baku Sportinq" daha iki oyunçusu ilə müqavilə yenilədi

17:22

Dünən "Xankəndi"dən ayrıldı, bu gün özünə yeni klub tapdı

17:03

"Onlarla ilkin razılığa gəlmişdik, amma..." - Qoleador hücumçu təsdiqlədi

16:44

ÇL: "Araz-Naxçıvan"ın əsas mərhələdəki rəqibləri bilindi

16:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:26

"Kəpəz" Şahverdiyevlə yollarını ayırdı - RƏSMİ

16:09

"İmişli"də yeni qapıçı - RƏSMİ

16:07

Zlatko Daliç millidən getdi - RƏSMİ

15:49

"Neftçi"nin əvəzedici komandasının qapıçısı elita klubunda

15:31

"Karvan-Yevlax" vidalaşdığı legioneri geri qaytarır

15:11

"Sabah"ın basketbol komandası ÇL-də son çempionla üz-üzə gələcək

14:53

"Səbail"dən ayrılan Voronsov bu kluba keçdi

14:36

Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək - Çempionat nə vaxt başlayacaq?

14:14

Portuqaliyalı mərkəz müdafiəçisi Misli Premyer Liqasında çıxış edəcək

13:34

Bəxtiyar Həsənalızadə "İmişli"də - RƏSMİ

13:14

İsveçrə - Kolumbiya matçının ən yaxşı futbolçusu bəllidir

12:56

Murat Yakın: "Futbolçularımız sona qədər uğur qazana biləcəklərinə inanırdılar"

12:37

AÇ: Azərbaycan millisi Ukrayna ilə üz-üzə

12:01

"İmişli"dən daha bir transfer

11:43

"Səfər matçı Bakıdakı kimi keçməyəcək" - Arif Əsədov "Sabah"dan nə gözləyir?

11:24

"Futbolçularımla fəxr edirəm" - Kolumbiya millisinin baş məşqçisi

11:08

"Şəfa" yenə "əl dəyişdi"

10:50

"Real"dan göndərilən Arbeloa İPL komandasının baş məşqçisi oldu - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X