14:18 26.02.2019 1778

“Sumqayıt” bütün klublara futbolçu verib? Kimdi onlar?

"Keşlə” diviziona düşmək istəmirsə, növbəti oyunlara daha diqqətli yanaşmalıdı. Düzdü, eyni təhlükə "Zirə”ni, hətta qismən "Sabah”la "Qəbələ”ni də gözləyir. Lakin bu komandaların heyəti və xal ehtiyatı nisbətən rahat olmalarına imkan verir. "Keşlə” isə...
 
AFFA-nın baş katibi Elxan Məmmədovun son müsahibəsindən bəlli oldu ki, o, "Sumqayıt”ın son pillədə olmasından narahatdı. Assosiasiyanın xüsusi diqqət göstərdiyi bu komandanın Premyer Liqada qalması üçün mümkün olan ediləcək. "Keşlə” və ya başqa biri axırıncı yerə düşsə, mütləq diviziona göndəriləcək, "Sumqayıt” özünə gələ bilməsə, reqlament dəyişikliyi ilə bu komandanı qorumağa çalışacaqlar.
 
Məmmədov dostu Riad Rəfiyevin əvəzinə "Sumqayıt” barədə çox danışdı. Bu komandada legionerlərin oynamamasından, milli üçün ehtiyat baza olmasından və s. Ən şedevr qeyd klubun yetirmələrinin başqa klublarda oynaması ilə bağlı idi. Çünki Məmmədov bu klubun yetirmələrinin bütün Premyer Liqa təmsilçilərinə paylandığını dilə gətirdi. Tənbəllik etməyib, araşdırdıq.
 
"Neftçi”
Elxan bəy Tural Axundovun adını çəkdi. Amma biz siyahını böyüdəcəyik. Çünki Səlahət Ağayev, Mirabdulla Abbasov və Məhəmməd Mirzəbəyov da "Sumqayıt”da çıxış edib. Amma onlar yalnız qısa müddətdə burada olublar. Turalın ölkədə oynamadığı komanda yoxdu, formasının zirvəsinə "Kəpəz”də çatıb, Mirabdulla "Neftçi”, Səlahət "İnter" yetirməsidi, Mirzəbəyovun isə bizə dəxli yoxdu, Dağıstandan gətirilənlərdəndi.
 
"Qarabağ”
Bədavi Hüseynov tək deyil, Şahruddin Məhəmmədəliyev də var. Hər ikisi Dağstandan gətirilən milliləşənlərdi. Onları "Sumqayıt” yetirməsi saya bilmərik, bu klubun seçib gətirdiyi, pasport verdiyi futbolçulardı.
 
"Səbail”
Məmmədov Ağabala Ramazanovun adını çəkdi. Amma Vüqar Bəybalayev, Ruslan Qurbanov da var. Bu oyunçuların heç birinin "Sumqayıt”a dəxli yoxdu. Vüqar bir il burada oynayıb, digərləri başqa klubun üzvü kimi icarədə olub. Bəlkə də Fərhad Vəliyevin adını çəkmək daha doğru olardı, lakin o da bu klubun yox, şəhərin yetirməsidi, indiki komanda olmayanda Vəliyev futbol oynayırdı.
 
"Qəbələ”
Bəhlul Mustafazadənin adı çəkildi. Amma o, "Qəbələ” yetirməsidi, Sumqayıtda 2 il icarədə oynayıbsa, bu şəhərin yetirməsi sayıla bilməz.
 
"Sabah”
Cavid İmamverdiyev, Məqsəd İsayev, Elşən Abdullayev, Rəşad Eyubov – ilk üçü "Neftçi” yetirməsidi, "Sumqayıt”a icarədə olublar və ya sonradan gəliblər, Rəşad da bircə mövsüm burada oynayıb. İndi onları bu klubun futbolumuza qazandırdıqları kimi necə təqdim etmək olar?
 
"Zirə”
Orxan Sadıqlı 6 ay icarədə olub, heç 6 oyuna çıxmayıb, Budaq Nəsirov, Mirsayib Abbasov da onun kimi. Hə, Pərdis Fərcad-Azad bu klubda tanınıb. Amma Almaniyadan gətirilən cənubi azərbaycanlı "Sumqayıt”da yalnız milli pasport alıb, onu yetirmə saymaq qəbahətdi. Bu rola uyğun gələn yeganə futbolçu Bəxtiyar Həsənalızadədi ki, o da qışda "Zirə”yə gəlib.
 
"Keşlə”
Nəvaxtsa Sumqayıtda oynamış Tərlan Quliyev, Kamran Ağayev, Azər Salahlı, Slavik Alxasov, Amil Yunanov və başqaları var. Amma onlardan hansı bu klubda yetişib ki? Bəlkə də Azərlə Slavik – mübahisə etməyəcəm.
 
Siyahıda diqqətdən qaçan kimsə ola bilər, amma yenə də ümumi say 2-3 nəfəri keçməz. Bunun qarşılığında "Sumqayıt”ı bütün ölkə klublarında yetirməsi olan yeganə klub kimi təqdim etmək yolverilməzdi.
 
Vaxtilə belə olub. Arif Əsədov, Mehman Yunusov, Aqil Məmmədov, İsmayıl Məmmədov, Zahir Əsgərov, Seymur Rəhimov, Kamal Quliyev, Nazim Əliyev və daha neçə futbolçu ölkə klublarına səpələnmişdi və çempionluqların taleyini həll edirdilər. Onlardan sonra Sumqayıt futbolu ancaq işbazların əlində olub və heç kim yetişdirilməyib, klub daha çox milliləşdirilənlərin məkanı olub, oyunçu lazım olanda digər klublardan icarəçilər çağırılıb.
 
Məmmədovun dediklərinin əksini düşünək. Baxıb görək "Sumqayıt” üçün hansı klublar futbolçu hazırlayıb?
 
Qapıçılardan Mehdi Cənnətov milliləşdirilib, digər ikisi bu qış başqa klublardan gətirilib – biri "Neftçi”dən, digəri "Sabah”dan. Müdafiəçilərdən heç biri "Sumqayıt”da yetişməyib, hamısı müxtəlif klublarda oynayandan sonra bu şəhərə gəlib. Digər mövqelərdə Ülvi İsgəndərov, Yisif Nəbiyev və Ehtiram Şahverdiyev kimi "Qəbələ” yetirmələri, saysız milliləşdirilənlər, veteranlarla yanaşı, yerli uşaqlar da var. Amma onların sayı çox azdı, çünki ötən illər ərzində heç kim yetişdirilməyib, yalnız milliləşmə biznesi ilə məşğul olublar.
 
Və baş katib "Sumqayıt”a görə çox narahatdı...

Mənbə: futbolinfo.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

Facebookdan bizi izləməyi unutmayın.
X