Ekvador millisinin üzvü Anibal Çala karyerasını Azərbaycanda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Ekvador mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, 22 yaşlı müdafiəçi "Sabah"a trsanfer olunub. Dünən Azərbaycana gələn 23 yaşlı sol cinah oyunçusu bu gün yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, müdafiəçinin son iş yeri ölkəsində "LDU Kito” klubu olub. O, əvvəllər Ekvadorun "Nasional" və ABŞ-ın "Dallas" klublarında çıxış edib. 2014-2015-ci illərədə Ekvadorun U-21 yığmasında çıxış edən Anibal Çala ötən ildən əsas komandaya dəvət alır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol