Region Liqasında çıxış edən bir klub I diviziona yüksəlmək üçün AFFA-ya müraciət edib.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib həmin klubun adını açıqlamayıb. Elxan Məmmədov bu yaxınlarda həmin klubla görüş keçiriləcəyini və bunun üçün təşəbbüs göstərdiyini deyib: "Bu, yeni layihə idi və bölgələrdə doğrudan da böyük maraq var. Liqanın ən yaxşı qapıçısı Şöhlət Rəhimov dünən "Ulduzlar görüşü"ndə qapıda durub".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol