19:29 05.03.2019 2213

"Biçaq da AFFA-dakı oğlanların əlindədi, yağ da" (TƏKLİF)

İcraiyyə Komitəsinin (İK) son yığıncağında ümumi sayı 6 olmaqla 3-ü daha maraqlı qərarlar qəbul edildi. Öncəki günlərdə diqqətçəkənlər haqda ayrı-ayrılıqda mövqeyimizi ortaya qoymaqda qərarlıyıq.

 

 

Başlayaq perspektivsiz zərif cinsin nümayəndələrindən ibarət yığmalara baş məşqçi təyinatlarından sonrakı sırada qərarlaşan qərardan. Olduğu şəkildə diqqətdən keçirək və davam edək:


2. 2019-2020-ci il mövsümündə Premyer Liqa klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrılsın.


 

Əvəzedici komandanın I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunsun.


 

 

Bıçaq və yağ bir əldə


 

İndiki adı "Keşlə” olan sabiq "İnter”in sabiq başqanı Georgi Nikolov buna bənzər hallarda "bıçaq da AFFA-dakı oğlanların əlindədi, yağ da” deyirdi. İndi kənar idarəçi statusuyla uzun müddət Azərbaycanda çalışmış bolqar cəsarətdə başqan tapmaq çətin məsələdi. Susmaq üçün hərəsinin öz səbəbi var. Amma reallığı hamı görür: İK "Qəbələ”nin ötən il etdiyini təkrarlamaq fikrinə düşənlərə barmaq silkələdi. Komitə səlahiyyətinin imkan verdiyi qədər radikal, həm də qisasçı mövqe tutdu.


 

Ağıla gələn ilk məqam unuduldu


 

50 min manat vəsait çox olmasa da, 1-ci Divizionda perspektivsiz mübarizə aparan "dubl”ların xərclərinin nəzərəçarpan qismini qarşılamağa yetəcək qədərdi. Hərçənd qərar verilərkən bölgə və paytaxt klublarının xərcləri arasındakı fərqin nəzərə alınmaması dərhal diqqət çəkir. Bölgə futbolunun inkişafına belə dəstək verirlər? Məşhur lətifədə deyildiyi kimi, Bakıdan Bakıya da 5 manat, Şəkidən Bakıya da 5 manat? Xırdalıqlara varmadan ədalət prinsiplərinin ciddi şəkildə pozulduğunu vurğulamaq vacibdi. Ümid edək ki, futbol başbilənləri gec də olsa, bu məsələyə yenidən qayıtmaq fikrinə düşəcək.


Effektsiz ideya yenilənsin


 

Əvəzedicilərlə 1-ci Divizionun digər iştirakçılarının bir arada mübarizə aparması xaotik mənzərə yaradır. İdman prinsipləri bir sıra oyunlarda ikinci plana keçirsə, bu matçlarda hansısa oyunçunun nəsə qazandığını söyləmək də olmur. Digər tərəfdən, aşağı liqanın qismən iddialı, çempionluğu həvəslə hədəfləyən klublarının qələbə ruhu sarsılır. Necə? Olduqca sadə: tutaq ki, Roberto Bordin 4 bahalı legioneri "dubl”a göndərir, aşağı liqanın 100 min büdcə ilə çıxış edən komandası elita "qapazı yeyərək” həlledici matçda iddiasından əl çəkir. Bu ideya pula qənaət üçün ortaya atılıbsa belə, effektsizdi və mütləq yenilənməlidi.

 

 

 

Nihat Ağasoy

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

18:33

"Əlimizdən gələni edəcəyik" - "Vestri"nin baş məşqçisi

18:01

Qapıçı Orxan Sadıqlının yeni iş yeri məlum oldu

17:43

"Baku Sportinq" daha iki oyunçusu ilə müqavilə yenilədi

17:22

Dünən "Xankəndi"dən ayrıldı, bu gün özünə yeni klub tapdı

17:03

"Onlarla ilkin razılığa gəlmişdik, amma..." - Qoleador hücumçu təsdiqlədi

16:44

ÇL: "Araz-Naxçıvan"ın əsas mərhələdəki rəqibləri bilindi

16:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:26

"Kəpəz" Şahverdiyevlə yollarını ayırdı - RƏSMİ

16:09

"İmişli"də yeni qapıçı - RƏSMİ

16:07

Zlatko Daliç millidən getdi - RƏSMİ

15:49

"Neftçi"nin əvəzedici komandasının qapıçısı elita klubunda

15:31

"Karvan-Yevlax" vidalaşdığı legioneri geri qaytarır

15:11

"Sabah"ın basketbol komandası ÇL-də son çempionla üz-üzə gələcək

14:53

"Səbail"dən ayrılan Voronsov bu kluba keçdi

14:36

Əvəzedicilər Liqasının reqlamentində dəyişiklik ediləcək - Çempionat nə vaxt başlayacaq?

14:14

Portuqaliyalı mərkəz müdafiəçisi Misli Premyer Liqasında çıxış edəcək

13:34

Bəxtiyar Həsənalızadə "İmişli"də - RƏSMİ

13:14

İsveçrə - Kolumbiya matçının ən yaxşı futbolçusu bəllidir

12:56

Murat Yakın: "Futbolçularımız sona qədər uğur qazana biləcəklərinə inanırdılar"

12:37

AÇ: Azərbaycan millisi Ukrayna ilə üz-üzə

12:01

"İmişli"dən daha bir transfer

11:43

"Səfər matçı Bakıdakı kimi keçməyəcək" - Arif Əsədov "Sabah"dan nə gözləyir?

Facebookdan bizi izləməyi unutmayın.
X