AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının XXVII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verib.
"Keşlə” - "Zirə” matçında meydan sahiblərinin müdafiəçisi Denis Silva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu isə 200 manat cərimə olunub.
"Sumqayıt” - "Sabah” matçında "gənclik şəhəri" təmsilçisinin 5, debütantın isə 4 futbolçusu sarı vərəqə ilə cəzalanğı üçün hər iki klub 800 manat cərimə ödəyəcək.
"Qarabağ” - "Səbail” matçında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Fanat.Az