"Zirə” heyətinə daha bir futbolçu cəlb edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Nicat Süleymanov 2019/20 mövsümünün sonunadək "Qarabağ”dan icarəyə götürülüb.
Qeyd edək ki, Süleymanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvüdür.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol