14:28 28.06.2019 1972

Riad Rəfiyevin hegemonluğu: onunla işləməyənlər millidə oynamayacaq!

Ürfan Abbasov (Səbail), Elvin Camalov (Zirə), Bəhlul Mustafazadə (Sabah), Ruslan Qurbanov (Keşlə) – bu futbolçular hədələnənlərdən yalnız bir neçəsidi. Onlar "Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyevin "qəzəb dairəsi”ndə olanlardı.
 
Məsələ ondadı ki, bu futbolçular Rəfiyevdən qaçaraq "Sumqayıt”la müqavilə bağlamayıb. Onlar nə Riadın prezidenti olduğu klubun daha az maaşlı təklifini qəbul edib, nə də bu cavan oğlanın futbol monopoliyasına girməyə razılıq verib. Sözügedən futbolçular Rəfiyevin sahibi olduğu "3R Sports Management” şirkətinin müştərisi olmaqdan da boyun qaçırıb.
 
Riad isə futbolçuların hər birinə bu addımları üçün onları cəzalandıracağını, milli komandaya çağırılmayacaqlarını, çağırılsalar da, oynamayacaqlarını bildirib. Bəhlul artıq "3R”-lə müqavilə bağlamadığı üçün cəzasını alıb. Mustafazadə ictimaiyyətin təkidi ilə millinin düşərgəsinə çağırılsa da, adı oyunların protokoluna düşməyib.
 
Milli komandamızın iyunun 8-də Macarıstana 1:3, 11-də Slovakiyaya 1:5 hesabıyla uduzduğu oyunlarda Bəhlulun adı iştirak ərizəsində olmayıb. Komandamızın müdafiə xəttinin bərbad təsir bağışladığı görüşlərdə baş məşqçi Nikola Yurçeviç ehtiyatda cəmi 2 müdafiəçi saxlamışdı. Macarlarla görüşdə ehtiyatda, ümumiyyətlə, mərkəz müdafiəçisi yox idisə, slovaklarla matçda yalnız Rahil Məmmədov şansını gözləyirdi. Halbuki Bəhlul son mövsümdəki çıxışı ilə hətta əsas heyətə layiq olduğunu göstərmişdi.
 
Vaxtilə "Sumqayıt”da icarədə olmuş, amma heç vaxt Rəfiyevin məkrli planına müsbət cavab verməmiş Bəhlul beləcə qərəzlə üzləşib. Onun özünə açıq şəkildə millidə heyət üzü görməyəcəyi deyilib. Aleksey İsayev, Əli Babayev kimi milli formaya hörmətsizlik edənlər heyətə düşdüyü halda, Azərbaycanda yetişən bu gəncə qarşı belə münasibət bəslənilib. Oyuna çıxmaqdan imtina edəcək qədər qudurdulan Alekseydən fərqli olaraq, Bəhlul sakitcə şansını gözləməyi lazım bilib.
 
Baş məşqçi Yurçeviçin bu məsələlərdə söz sahibi olmadığı çoxdan bəllidi. Rəfiyevin diqtəsi ilə oturub-duran xorvat ona bu müqaviləni qismət edən, milyon avro qazanmağına şərait yaradan Riada qarşı çıxmır. 1 ili başa çatan kimi vətəninə qaçacağından ona AFFA rəhbərliyi ilə problem lazım deyil, ona görə də tapşırıqları yerinə yetirir. Rəfiyevsə daydayı olan AFFA-nın baş katibi Elxan Məmmədova arxalanaraq, öz işindədi.
 
Göründüyü kimi, milli komanda bir qrup adamın oyuncağına çevrilib, ondan öz məqsədləri üçün istifadə edirlər. Bu özbaşınalığın qarşısını almaq üçün başbilənlər heç bir tədbir görmür. Şəxsi mənafeyin qərarları diqtə etdiyi milli komanda isə Avro-2020-nin seçmə mərhələsində ardıcıl 3 məğlubiyyət alıb. Halbuki dövlət rəhbərliyinə final mərhələsinə vəsiqə vəd edilmişdi.

Mənbə: futbolinfo.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

Facebookdan bizi izləməyi unutmayın.
X