14:53 02.08.2019 1653

Ayxan Abbasov: “Hələ də narazı olduğum məqamlar var"

2019/20 mövsümü üçün hazırlığını tamamlayan "Sumqayıt” sabah vətənə dönəcək. 

Fanat.Az xəbər verir ki, bu gün Ankarada son məşqinə çıxan komanda gecə saatlarında Ankaradan Bakıya yola çıxacaq. Sonuncu gün "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hazırlıq barədə klubun rəsmi saytına müsahibə verib.

- "Sumqayıt”ın Türkiyədə keçirilən hazırlıq mərhələsini ümumilikdə necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, olduqca çətin mövsümü arxada qoyduqdan sonra iyun ayının 26-dan etibarən Sumqayıtda yeni futbol ili üçün hazırlığa start verdik. Təlim-məşq toplanışımızın birinci mərhələsi istədiyimiz kimi keçdi. Ümumi hazırlıq və 2 yoxlama oyunundan sonra planlaşdırdığımız kimi iyulun 18-də Türkiyəyə yollandıq. Təlim-məşq toplanışı komandamızın formalaşması üçün olduqca vacib idi. Burada olduğumuz müddətdə fiziki, texniki və taktiki gedişlər üzərində çalışdıq. Keçirdiyimiz yoxlama matçları ilə səhvlərimiz üzərində işləməyə başladıq. Heyətdə yer alan 23 futbolçunun hamısını iş başında izlədim. Səhvlərimiz və çatışmamazlıqlarımız üzərində xeyli işlədiyimizi düşünürəm. Buna baxmayaraq, hələ də narazı olduğum məqamlar mövcuddur. Bir məqamı da qeyd edim ki, Türkiyəyə gətirdiyimiz futbolçular arasında akademiyamızın bir neçə yetirməsi də var. Gənclər olan yerdə ümumi iş bir qədər də artır. Təlim-məşq toplanışının komandam üçün yaxşı keçdiyini düşünürəm.

- "Sumqayıt” Qızılcahamamda 5 yoxlama oyunu keçirdi. Ümumi götürsək futbolçular özlərini bu qarşılaşmalarda necə göstərdi?
- Artıq bura gəlməmişdən əvvəl rəqiblərimiz məlum idi. Türkiyədə "Petrolul”, "Akhisarspor”, "Gənclərbirliyi” kimi güclü komandalarla qarşılaşdıq. Oyundan oyuna çalışırdıq ki, həm oynadığımız futbolun tempini artıraq, həm də səhvlərimiz üzərində çalışaq. Keçirdiyimiz son iki qarşılaşmada istədiyimiz tempə yaxın olduq. Futbolçularımızın meydanda hərəkətliliyini, kompaktlığını, hücumlara sürətli şəkildə qoşulmalarını görə bildik. Hər oyunda müxtəlif gedişlər və sxemlər üzərində çalışdıq. Rəqibin gücünə görə tapşırıqları istədiyimiz kimi aşılamağa çalışdıq. Futbolçuların meydanda əzmkar olması, verilən tapşırıqlara əməl etməyə çalışdıqlarını görmək məni sevindirdi. Yoxlama oyunlarında yararlana bilmədiyimiz xeyli qol fürsətləri oldu ki, Sumqayıta qayıtdıqdan sonra da bunun üzərində çalışacağıq. Ümumi götürsək, yoxlama matçlarında məni narahat edən yeganə amil məhz bu idi.

- Bu təlim-məşq toplanışının gənclər üçün böyük təcrübə olacağını vurğuladınız. Türkiyəyə gətirdiyiniz gənclərdən necə razı qaldınızmı?
- Qeyd edim ki, bu gün bəlkə də Premyer Liqamızda ən gənc komanda məhz "Sumqayıt”dır. Ankarada keçirdiyimiz oyunlardakı heyətlərə nəzər saldıqda görə bilərsiniz ki, hər qarşılaşmada gənc futbolçu limitinə uyğun olan 3, 4 və ya 5 futbolçunun xidmətindən yararlandıq. Heyətimizdə yer alan 2000-2001 təvəllüdlü futbolçularımızın hətta start onbirliyində meydana çıxdığını da vurğulaya bilərəm. Gənclərlə işləmək çətin olsa da, bir o qədər də maraqlıdır. Onlardan əsas istəyimiz öz üzərilərində daha çox çalışmaqdır. Oyundan oyuna gənclərin artırdığını görmək məni sevindirməyə bilməz. Gənclərin mövsüm ərzində bizə çox kömək edə biləcəklərini deyə bilərəm.

- Dünən "Akhisarspor”la son yoxlama oyununu keçirən "Sumqayıt” bu gün gecə paytaxta yola düşəcək. Komandanın sonrakı planları barəsində məlumat verərdiniz...
- "Akhisarspor”la oyundan sonra bu gün səhər saatlarında Qızılcahamamda son məşqimizi etdik. Axşam saatlarında isə vətənə yola düşəcəyik. Komanda iki günlük istirahətə buraxılacaq. Avqustun 5-dən isə Sumqayıtda məşqləri bərpa edəcəyik. Ayın 10-da isə 19 yaşadək futbolçulardan ibarət milli komandamızla yoxlama oyunu keçirəcəyik. Püşkatmadan sonra bəlli olmuş rəqibə uyğun olaraq hazırlığımızı davam etdirəcəyik.

Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X