21:57 07.08.2019 1746

Roberto Bordin: "Bney Yehuda" son oyunda 9-10 nəfərlə müdafiə olunub"

"Bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Onlar yaxşı müdafiə olunur".

Bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsrailin "Bney Yehuda" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçından öncə mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, rəqib son oyunda "Makkabi"yə qarşı 9-10 nəfərlə müdafiə olunub: "Topa daha çox nəzarət etməyə çalışırlar. Fərdi ustalığı olan futboluçuları çoxdur. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdır. Bura gəlib çıxmışıqsa, fədakarlıq və inam olub. Bununla kifayətlənmirik, daha çox şeylər etməyə çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı futbol sərgiləyək. Sabahkı matçda hansı sxemlə oynayacağımızı açıqlamaq istəmirəm. Rəqib bütün heyətlə müdafiəyə çəkilir. Səhvlərdən istifadə edib, əks-hücumlar etmək niyyətindəyik. Rəqibin bizə qarşı hansı taktika ilə oynayacağını bilmirəm. Amma müdafiə və hücumda çox yaxşı komandadır".

İtaliyalı məşqçi rəqibin 3 zədəli futbolçusunun Bakıya gətirilməməsi barədə danışıb: "Onları əvəz edən oyunçular tapılacaq. Kifayət qədər yaxşı oyunçuları var. Bunun bizə üstünlük verdiyini deməzdim. "Bney Yehuda"nı əvvəlki rəqiblərimizlə müqayisə etmək istəmirəm. İlk 4 oyunumuzun davamını gətirmək istəyirik. Əks-hücumlarda yaxşı çıxış edirlər. Son oyunlarda bunu görmək olur".

Bordin deyib ki, futbolçuları "Arsenal" ilə görüşdən sonra eyforiyaya düşməyiblər: "Qələbəni "Arsenal"la oyun günü qeyd etdik. Səhəri gün növbəti oyunu düşünməyə başladıq. Hamı bilir ki, bizi ciddi matç gözləyir. Hər bir oyun fərqli yanaşırıq. Sabah evdə oynayırıq. Hər biri qarşılaşmaya hazırdır. Birinci görüşü evdə keçirməyimiz bizə mənfi hal yaşada bilməz".

İtaliya məşqçi "Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayevin İsrail mətbuatına oyunla bağlı verdiyi açıqlamasına da diqqət çəkib: "Onun o cür açıqlama verməsi mənim üçün qəribədir. Sabah hakimin final fitindən sonra hər şey dəyişə bilər. Əgər biz düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdir, bu, səhv fikir olar".

O, komandadakı oyunçuların son durumları barədə də danışıb: "Emin Mahmudovun durumu yaxşıdır. Ömər Buludov da yaxşıdır. Baqali Dabo komanda ilə birgə məşq etsə də, istədiyimiz formada deyil. Böyük ehtimalla, ehtiyat oyunçular skamyasında olacaq. Rauf Əliyev oyun ərzində çox vuruşur. Son matçda vacib qol vurdu və kollektivə motivasiya verdi. Bir məşqçi üçün ən yaxşı olan hal bütün oyunçularının ixtiyarında olmasıdır. Ən yaxşıları seçib, matçın start heyətini müəyyənləşdirəcəm".

Qeyd edək ki, "Neftçi" və "Bney Yehuda" arasındakı oyun avqustun 8-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək. Cavab matçı bir həftə sonra İsraildə olacaq və Bakı vaxtı ilə 21:00-da start götürəcək. (Report)
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X