Azərbaycanın Avrokuboklarda yeganə təmsilçisi "Qarabağ" dünən növbəti görüşünə çıxıb. Ağdamın "Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika Stadionunda Cənubi Kiprin APOEL klubunu qəbul edib.
Fanat.Az baku.ws-ə istinadən xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə başa çatıb - 2:2.
Təmsilçimizə ölkəmizlə yanaşı, Türkiyədən də böyük dəstək gəlib. Türkiyənin Zonquldak şəhərindəki fanatlar "Qarabağ"a möhtəşəm dəstək göstəriblər. Yayılan görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol