"Çempionatda Kfar-Saba "Hapoel”ini 3:0 hesabı ilə yendik. Artıq Avropa Liqasında "Qarabağ"a qarşı keçirəcəyimiz önəmli oyun haqda fikirləşirik".
Fanat.Az-ın məlumatına görə, bu fikirləri İsrailin "Makkabi"nin (Təl-Əviv) futbolçusu Ben Bitton klubun rəsmi saytına müsahibəsində deyib.
"Hapoel”lə matçda ikinci qolu vuran 29 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə görüşdə qələbənin davamını gətirmək istədiklərini söyləyib.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ” – "Makkabi” matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol