İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Fanat.Az komitənin qərarlarını təqdim edir:
I Divizionun X turunun "Qaradağ Lökbatan” – "Qarabağ-2” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunur;
X turun "Kəpəz” – "Sabah-2” oyununda "Kəpəz” klubunun 10 nömrəli futbolçusu Əli Səmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
X turun "Neftçi-2” – "Zaqatala” oyununda "Zaqatala” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol