Azərbaycan Premyer Liqasının XII turu "Neftçi”nin futbolçusu Namiq Ələsgərov üçün yubileylə əlamətdar olub.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçını keçirib. Yubiley "Sabah”la səfər qarşılaşmasında (2:0) gerçəkləşib.
Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Namiq yubileyində dubla imza atmaqla qol sayını 24-ə çatdırıb. O, 4 klubun formasını geyinib. "Bakı”da 19 (2 qol), "Qarabağ”da 25 (1 qol), "Kəpəz”də 15 (3 qol), "Neftçi”də 91 (18 qol) oyun keçirib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol