18:29 24.12.2020 1159

Rəşad Sadıqov: "Elə şeylər var ki, onları açıqlamaq istəmirəm"

"Maraqlı oyun oldu. Çox gərgin matç idi. Qələbə qazanmaq istəyirdik, yaxşı müdafiə olunurduq. Ən azı 1 xalı haqq edirdik".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XIII turunda "Qarabağ"a 2:3 hhesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, rəqibin daha çox pressinq edəcəyini gözləyib: "Matçın əvvəlində yaxşı qapandıq. İki qol vurduq. İkincidən sonra tez buraxdıq. "Qarabağ"a qarşı 10 nəfərlə qalmaq çətindir. Qırmızı vərəqədən sonra bir əvəzetməmiş qalmışdı. Oyunun qırılma anı buraxdığımız ikinci qol idi. Sonda hesabı bərabərləşdirə bilərdik. Amma alınmadı. Oyunlarımız maraqlı və gərgin keçir. Növbəti oyunlara hazırlaşacağıq.".

Sadıqov deyib ki, görüşdəki səhvləri analiz etmək üçün hələ tezdir: "Sonra oyunu analiz edəcəyik. Düşünürəm ki, qələbə üçün hər şey etdik. Rəqibə əvvəldən qol imkanları vermirdik. Qol buraxdıqdan sonra alınmadı. Futbolçular sona qədər mübarizə apardılar. Səhvlər mütləq var, rəqib də bizi buna məcbur etdi. Bu gün ən optimal heyətə malik "Qarabağ" gördüm. Buna tab gətirmək asan deyil. Düşünürəm ki, bir az çalışsaq, daha yaxşı ola bilərik".

Gənc mütəxəssis sarı vərəqə almasına belə münasibət bildirib: "Qələbə qazanmaq istədiyim üçün bir az aqressiv idim. Hakimin çox epizodalarına münasibət bildirirdim. Amma mənə görə müzakirəli epizodları var. Dmitris Çantakiasa ilk epizodda niyə sarı vərəqə verdiyini bilmirəm. Ağabala Ramazanovun da epizodu mübahisəlidir".

Gənc baş məşqçi legionerlərin fasilə müddətində öz ölkələrinə getməmələrinin mümkünlüyünü də dilə gətirib: "Komanda bir həftəlik fasiləyə buraxılacaq. Yanvarın 2-də toplaşacağıq. Legionerlərlə ölkə xaricinə getməmək barədə söhbət olub. Yoluxma sayı artdığı üçün bu addımı atdıq. Kimsə desə ki, getmək istəyirəm, qarşısını almayacağıq. Mən kiməsə deməmişəm ki, evə getmək olmaz. Mən özüm də uzun müddət bazada qalıram. Belə edəndə futbolçular xəstələnmədi, bu gün fasiləyə müəyyən səviyyədə gedirik. Özümüzü iki həftədən çox yaxşı hiss etdik. Mən toplanışdan istədiyimi aldım. Komandaya bir həftə istirahət verəcəyəm".

Komandanın hazırkı nəticələri ilə kifayətlənməyəcəyini deyən Sadıqov "Zirə"nin qarşıdakı planlarından da danışıb: "Bu günümüzə, qazandığımız xallara şükür edirəm. Amma bununla kifayətlənən insan deyiləm. Qarşımıza məqsəd qoymuşuq ki, daha yaxşı komanda olar. Yeni futbolçular olacaq. Qışda oyunçu almaq çətindir. İki və ya maksimum 3 futbolçu almaq istəyirəm. Planda kiminsə göndərilməsi yoxdur, Rəşad Eyubov və Kayo Rangellə qarşılıqlı anlaşma əsasında vidalaşdıq. Borçe Xristovla da birlikdə fəaliyyət göstərmişəm. Onunla bağlı qərarı mən vermişəm. Sadəcə, elə şeylər var ki, onları açıqlamaq istəmirəm. Bu gün bu qərar lazım idi və verdim". (Report.az) 
 
Fanat.Az 
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

Facebookdan bizi izləməyi unutmayın.
X