22:28 22.08.2021 1924

APL: "Neftçi"dən qələbə, "Qarabağ"dan darmadağın

Bu gün Azərbaycan Premyer Liqasında II tur başa çatıb.
 
Fanat.Az xəbər verir ki, günün ilk oyununda son çempion "Neftçi" "Zirə"nin qonağı olub.
 
"Ağ-qaralar" I turda evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etmiş, meydan sahibləri isə "Qarabağ"la bərabərə qalmışdı - 1:1.
 
Konfrans Liqasının pley-off mərhələsində öz meydanında Hayfa "Makkabi"si ilə 3:3 hesablı bərabərliyə razılaşan "Neftçi"nin baş məşqçisi cavab matçını nəzərə alaraq, komandanın liderlərinə istirahət vermişdi. 
 
Yuxarıda vurğuladığımız məqam meydan sahiblərinin xeyrinə olsa da, "qartallar" bu amildən faydalana bilməyib. Oyuna sonradan çıxan Harramiz Soareşin zəif alınan zərbəsindən sonra Mehdi Cənnətovun bərbad reaksiyası Fəhminin önünə düşən topu qapıya göndərməsiylə nəticələnib. "Zirə" hücumların kəsərini artırmaq, hesaba tarazlıq gətirmək üçün irəli atılmaq məcburiyyətində qalıb. Lakin uğurlu əks-hücumların birində dirəyi nişan alan Mahmudov geri qayıdan topu təkrar vuruşla tora qovuşdurub. Volkovun hesab arasındakı fərqi azaltması isə ümumi anlamda heç nəyi dəyişməyib.
 
Tura "Azersun Arena”da yekun vurulub. İlk turda 1 xal qazanan "Qarabağ" "Səbail"in qapısından 3 cavabsız qol keçirib və xal hesabını 4-ə çatdırıb.
 
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, II tur
 
22 avqust
Zirə - Neftçi 1:2
Qollar: Fəhmin Muradbəyli, 72. Emin Mahmudov, 90+2 - Davit Volkov, 90+4
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.
 

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 11. Velves Santos, 13. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 10. Ağabala Ramazanov, 15. Ruslan Abışov, 9. Loris Bronyo, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 4. Cəlal Hüseynov, 61. Nizami Səmədov, 25. Vüsal Əliyev, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.
 
Neftçi: 12. Kamran İbrahimov, 26. Ömər Buludov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj (k), 36. Mamadu Kane, 24. Yusuf Laval, 4. Huqo Basto, 14. Romen Bask, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov, 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 11. Harramiz Soareş, 70. Asim Əlizadə, 20. Mert Çelik, 27. Fərid Yusifli, 72. Emin Zamanov.
Baş məşqçi: Samir Abasov.
 
Qarabağ - Səbail 3:0
Qollar: Musa Qurbanlı, 30; 45+2. Filip Ozobiç, 75
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
"Azersun Arena”.
 
Qarabağ: 12. Emil Balayev (k), 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borges, 25. Vadji İbrahima, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 12. Şahin Zəkiyev, 7. Mirsayib Abbasov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.

Qeyd edək ki, turun digər oyunlarında "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə üstələyib.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X