I Divizyonun açılış turu çərçivəsində "Turan Tovuz" MOİK-i qəbul edib.
Fanat.Az xəbər verir ki, görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda diqqət çəkən məqamlardan biri o olub ki, "Turan Tovuz"un futbolçuları meydana Vətən Müharibəsi şəhidlərinin övladları ilə çıxıblar. Şəhid ailələri və övladları oyunu stadiondan izləyiblər.
Xatırladaq ki, I Divizyonun növbəti turunda "Turan Tovuz" səfərdə "Zaqatala" klubuna qarşı oynayacaq.
Emin Şəmsiyev