Futbol üzrə I Divizionda 2-ci tura start verilib. Ancaq tur problemlə başlayıb.
Fanat.Az-ın məlumatına görə, hazırda davam edən MOİK - "Səbail-2" oyununun start fiti 15 dəqiqə gec səsləndirilib.
Belə ki, matç 15:30-da başlamalı olsa da, bu, 15:45-də baş verib. Yubanmaya səbəb Binə qəsəbə stadionundakı matça təcili tibbi yardım briqadasının gecikməsidir.
Qeyd edək ki, 2-ci tur çərçivəsində bu gün iki oyun keçiriləcək.
Mirağa