İranın “Traktor” futbol klubu maraqlı paylaşımı ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, Təbriz klubunun rəsmi “Twitter” səhifəsində Əbdül Mahmudov və Həsənağa Turabovun 1985-ci ildə çəkdiyi “Qanlı zəmi” (“Atları yəhərləyin”) filmindən paylaşım edilib.
Paylaşımda Qaçaq Nəbinin İrandan olan dövlət nümayəndəsinə “Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz” sözləri vurğulanıb.
Arazın o tayıda bu tayıda mənim doğma el obamdır, elin o başı bu başı olmaz.
— TRACTOR FC (@TractorOfficial) October 1, 2021
AZƏRBAYCAN Birdir.pic.twitter.com/VUfQtNgDiw