19:32 16.10.2021 755

Aftandil Hacıyevdən yenilgiyə şərh: "İşimiz getdikcə çətinləşəcək"

Azərbaycan Premyer Liqasının 7-ci turunda  "Səbail" öz meydanında "Keşlə"yə 1:2 hesabı ilə məğlub olub. 

Oyundan sonra keçirilən, Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi mətbuat konfransında Aftandil Hacıyev "Səbail"in yenilgisini şərh edib. 

"Oyun haqqında çox danışmaq istəmirəm. Məğlub olduq. Düşünürəm ki, danışılası çox şey yoxdur. Belə qarşılaşmalarda xal qazana bilmiriksə, yəqin ki, işimiz getdikcə çətinləşəcək. Sadəcə olaraq futbolçuların əziyyətinə heyfim gəlir. Ardıcıl olaraq üçüncü dəfə süni ot örtüyündə oynamaq və məşq etmək çətindir. Bundan sonra "Qarabağ"la oyun da burada olacaq. İtkilərimiz vardı. Çempionatdakı fasilədə bir neçə futbolçunun zədələnməsi və məşqi buraxmasına görə əziyyət çəkdik. İstəmirəm problemlərimizdən danışam. Ümumi oyuna gəldikdə isə, ilk hissə artıq bizə siqnal verildi ki, müdafiədə boşluqlar var. Oyunçuların verilən tapşırığı düzgün yerinə yetirməməsi kənarda asanlıqla sezilirdi. Fasilədə istədik bir qədər düzəliş edək. İkinci hissənin əvvəlində oyuna nəzarət etdik. Buraxdığımız ilk qol mənim üçün müəmmalıdır. Orada cərimə zərbəsi var idimi? Buna baxmaq lazımdır. Belə ucuz qol buraxmağımızı işimizi çətinləşdirdi. 

Rəqibin hücum xəttində kifayət qədər geniş seçim var. Biz isə Rauf Əliyev sarı vərəqə alsa da, meydanda saxlamağa məcburuq. İkinci hücumçumuz yoxdur. Oyunumuzda fərq hiss etdirməməyə çalışdıq. Amma rəqib keyfiyyət baxımından üstün idi. Onları təbrik edirəm".

Mütəxəssis buraxdıqları qol epizodunda qapıçı Kamran Ağayevlə arasında keçən dialoq barədə də danışıb: "Onu çağırmağımda səbəb odur ki, Kamran müzakirə aparmalı deyil. Rəqib tez başlayıb, qol vura bilərdi. Hansı ki, bunu etmək istədilər. Belə hallarda qapıçı müzakirə aparmamalı və yerinə qayıtmalıdır. Mən də bunu kənardan hiss edirdim. Orada cərimə zəribəsi var idimi? Rauf Cabarov oyunu yaxşı səviyyədə idarə etməyə çalışsa da, alınmadı. Bəzən birtərəfli qərarlar görsənirdi. Məncə, birinci qolda rəqib Kamranı itələyib cərimə meydançasından çıxartdı. Bütün hallarda "Keşlə" daha istəkli idi. Qələbələrinə kölgə salmaq istəmirəm".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X