11:52 24.10.2021 1365

Rəşad Sadıqov: "Onların Qurban Qurbanovu dəstəklədiyini görməmişəm" - VİDEO

"Ağasəlim Mircavadovun müsahibəsini oxumuşam. Bu məsələni açırıqsa, bir-iki detala toxunacağam. Səhv etmirəmsə, deyib ki, millidə daha təcrübəli baş məşqçi olmalıdır, bundan əlavə, həmin şəxsin beynəlxalq təcrübəsi də lazımdır. Açıqlamanı oxuyanda artıq məndə fikir formalaşmışdı".

Bunu "Zirə" komandasının baş məşqçisi Rəşad Sadıqov AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun fikirlərinə münasibət bildirərkən deyib.

39 yaşlı mütəxəssis bildirib ki, Vaqif Sadıqov, Şahin Diniyev, Əsgər Abdullayev, Ağasəlim Mircavadov və Kazbek Tuayevin heç birinin millinin sükanı arxasında keçəndə beynəlxalq təcrübəsi olmayıb: "Bundan əlavə, əgər avrokubok təcrübəsindən danışırıqsa, Qurban Qurbanovun yetərincə təcrübəsi var. Bu gün o açıqlamanı verənlərin Qurban müəllimi dəstəklədiyini görməmişəm. Bir məşqçinin haraya necə təyin olunmasına gəlsək, Xosep Qvardiola “Barselona”ya haradan gəlmişdi? İkinci komandadan. Zinəddin Zidan da "Real Madrid"ə elə gəlmişdi. İkisi də Çempionlar Liqadının qalibidir. Bəs Andrey Şevçenko Ukrayna millisinə haradan gəldi? Belə çox misal göstərə bilərəm".

Sadıqovun sözlərinə görə, məşqçi təcrübə ilə təyin olunmur: "Mütəxəssisin metoduna, psixologiyasına, futbolçularla ünsiyyətinə və münasibətinə, seçdiyi oyun üslubuna, əlində olan futbolçulara baxırsan. Qiymətləndirdikdən sonra 1,2 və ya 3 il vaxt verirsən. Bu atılan cümlələrin hamısı əsassızdır. Çox istəyərəm ki, üzbəüz belə fikirlər səsləndirilsin və mən də müzakirə edim. Niyə Nikola Yurçeviç milliyə baş məşqçi təyin olunanda bir nəfər çıxıb demədi ki, onun təcrübəsi yoxdur? Heç nə deyən olmadı axı. Ona görə deyirəm ki, özümüzünkülərə qiymət verək. Məncə, bütün millilərdə baş məşqçilər yerli olmalıdır. Ya da bu millətin mentalitetinə, futboluna tam bələd olan, 10 il burada çalışmış əcnəbi də yığmada işləyə bilər".

Gənc baş məşqçi De Byazinin zəif mütəxəssis olmadığını sözlərinə əlavə edib: "De Byazi bu gün uğurlu ola bilmirsə, o demək deyil ki, zəif baş məşqçidir və ya Qurban Qurbanovun rəhbərliyi altında Millətlər Liqasında qrupdan çıxmadıq, bu o demək deyil ki, uğursuz nəticə alınıb. Gedişat göstərdi ki, millinin son olaraq ən uğurlu dövrü elə onun vaxtında olub. Açıqlamalarda ikili standartlar var. Çünki özləri də beynəlxalq təcrübələri olmadan baş məşqçi təyin olunublar. Bir vəziyyətdə belə, digərində başqa cür danışırlar. Niyə azərbaycanlı mütəxəssisləri dəstəkləməyək? Bu gün çempionatda məhdud imkanlarla elə iş görən məşqilər var ki, əcnəbi mütəxəssisin bunları edəcəyinə şübhə ilə yanaşıram. Yerli məşqçi nə etməlidir ki? Büdcəsi aşağı olan komandanı çempion etməlidir? Aydın məsələdir ki, bəzi reallıqlar var. Bu gün Xavi Qətərdə işləyir, "Barselona" gecə-gündüz onun dalınca düşüb. Onun hansı təcrübəsi var? Ancaq bilirlər ki, fəlsəfəsi uyğun gəlir və komandanı xilas edə bilər. Baş məşqçi təyinatı spesifik məsələdir. Ona görə də, yanaşma savadlı şəkildə olmalıdır. Bu, geniş mövzudur və saatlarla danışmaq olar. Bunlar mənim fikrimdir, bəlkə də nəyisə düz demirəm. Sözlərimdə yalnışlıq varsa, düzəliş etsinlər".

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev müsahibəsində klubların əvəzedici komandalara fikir vermədiyini və yığmaların nəticələrində günahkar olduğunu söyləyib. Rəşad Sadıqov isə qəti şəkildə bu fikirlə razılaşmadığını vurğulayıb: "Bu, tam başqa mövzudur. Akademiyalar, futbolun ümumi inkişafı, regionlarda futbol və s. ayrı mövzulardır. Ora girmək istəmirəm. Plan tutmaq lazımdır. Tutaq ki, mən "Zirə" olaraq etmirəm, "Səbail" və "Keşlə" də etmir. Necə olacaq? Fərz edək ki, mən kənardan bir şəxsəm, baxıram ki, "Zirə"nin akademiyası ideal vəziyyətdə deyil. İdeal akademiya etməyə imkan yoxdur. "Səbail"də futbolçuların 3-4 ay maaş almadığını oxuyuruq. Bütün bunlar necə olacaq? Biz hamımız qıraqda durub klublar yetişdirmir deyək? Bir tədbir görülməli, plan cızılmalı və sistem qurulmalıdır. Biz klublarımızın müəyyən imkanlarını bilirik. "Qəbələ", "Zirə", "Səbail" və "Sumqayıt"ın da imkanlarına bələdik. Kimin gücü nəyə çatır, onu da edir. Bu kifayət etmir, bunu artırmaq üçün nə etməliyik? Sual budur".

Sadıqov həmçinin bildirib ki, Premyer Liqanı yaxşı oyunçularla təmin etmək üçün I Divizion istənilən səviyyədə olmalıdır: "I Divizion yaxşı olsa, oradakı futbolçular əsas çempionata güc və yenilik qata bilər. Mən bu il komandaya həmin çempionatdan 2-3 futbolçu cəlb etmişik. Hətta birini də oynatmışıq. I Divizionu diqqətdə saxlayırıq, harada perspektivli oyunçu görsəm, şans verirəm. Ən azından əsas komanda ilə məşqlərə cəlb edirəm və formalaşmasına şərait yaradıram. Bizim əvəzedici heyətimizdə cavan oyunçular çoxdur. Çalışırıq ki, 17,18 və 19 yaşlı futbolçular orada oynasın. Əvəzedici liqa ayrı olsa, məncə, lap yaxşı olar. I Divizionu isə regionlarla bərabər gücləndirməliyik. Oradan hansısa klub Premyer Liqaya vəsiqə uğrunda oynasa, hansısa nöqtəyə gələ bilərik".

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

28 Yanvar 2022
15:15

Hakimlər köynəkdən bayraq kimi istifadə etdilər - VİDEO

14:59

Baş nazirin müavini Olimpiadanın açılış mərasimində iştirak edəcək

14:43

"Neftçi"nin yeni transferi azərbaycanlı futbolçu statusunda oynayacaq

14:27

"Xan Lənkəran" alman klubuna qalib gəldi

14:10

Olimpiya və dünya çempionları Bakıya gəlir

13:52

Millimizin iki üzvü sıraya döndü, biri isə ...

13:36

Çerçesovun rəsmi debütü uğurlu alınmadı

13:19

"Murov"un qələbəsi FOTOLARDA

13:03

Turan Manafovun Yunanıstanda debütü baş tutmadı

12:46

Bakı birinciliyi start götürdü

12:31

DÇ-nin seçmə mərhələsi: Amerikada "qırmız gecə"

12:15

Türkiyə çempionatında legioner limiti dəyişdi

11:59

Azmun Dzyubaya: "Səni sevirəm, Artyomçik!" - VİDEO

11:42

"Tata Steel Masters": Məmmədyarov Rusiya şahmatçısı ilə üz-üzə

11:28

"Xan Lənkəran" Almaniya təmsilçisi ilə üz-üzə

11:13

Portuqaliya Qran-Prisi: İki cüdoçumuz mübarizəyə başlayır

10:57

Günün transfer xəbərləri: "Arsenal"ı Cerrardın klubuna dəyişdi

10:41

Millimizin lideri "sülh bağladı", komandası yenə uduzdu

10:25

“Neftçi” yeni transferini belə təqdim etdi - VİDEO

10:12

Rafael Ağayev üçün özündən 12 yaş kiçik rəqib

09:51

Namik Ələskərovun klubunda böhran: Transfer edə bilmir!

09:30

"Dinamo Zaqreb" Mahir Emrelinin transferindən geri çəkildi

09:00

"Büdcənin azalması akademiyamıza təsirsiz ötüşmədi" - Fariz Nəcəfov

08:00

Danimarka millisinin üzvü Madrid klubunda - RƏSMİ

02:37

Milan "İnter"i alman futbolçunu heyətinə qatdı

01:08

"Mançester Yunayted"in yarımmüdafiəçisi "Reyncers"də

00:19

Məşhur mütəxəssis Acunun klubunun baş məşqçisi oldu

27 Yanvar 2022
23:51

"Milan" 18 yaşlı hücumçu transfer etdi

23:25

Kim gəlir, kim gedir - YENİLƏNİR

23:05

"Neftçi" növbəti transferini rəsmiləşdirdi

22:42

"Ronaldu bir neçə smayl göndərib akkauntumuzu blokladı"

22:26

"Qarabağ" "Olimpik Marsel"lə neytral ölkədə qarşılaşa bilər - SƏBƏB

21:22

İran DÇ-2022-yə vəsiqə qazandı

21:05

Portuqaliyada Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq

21:02

Super Liqa klubu yeni baş məşqçisini açıqladı

20:50

"Murov" MOİK-i yendi

20:21

Şevçenko bu səbəbdən Polşa millisini çalışdıra bilməyəcək

19:09

"Zirə" milli üzvünü heyətinə qatdı - RƏSMİ

19:00

İki azarkeşin həyatını xilas edən klub həkimi - FOTOLAR

18:51

"Barselona" İngiltərə klubunun hücumçusunu heyətinə qatır

Facebookdan bizi izləməyi unutmayın.