
"Qarabağ"a böyük hesabla (0:4) uduzaraq tənqid hədəfinə çevrilən "Neftçi"nin baş məşqçisi Samir Abasov azarkeşlərə hesabat verəcək.
Fanat.Az xəbər verir ki, “Neftçi TV”də canlı yayımlanan “Neftçi” mediada” verilişinin növbəti xüsusi buraxılışı məhz komandanın baş məşqçisinə həsr olunacaq.
Veriliş noyabrın 5-i saat 18:00-da yayımlanacaq. “Neftçi”nin çalışdırıcısı azarkeşlərin suallarını cavablandıracaq, komandada baş verənlərə aydınlıq gətirəcək.
Mirağa