16:00 03.11.2021 2959

Samir Abasov tənqidlərə cavab verdi: "Hələ çoxuna başağrısı olacağam"

"Qarabağ"a böyükhesablı (0:4) məğlubiyyətdən sonra sosial şəbəkədə və mətbuatda kəskin tənqid olunan, hətta klubun Müşahidə Şurasının üzvü tərəfindən məsxərəyə qoyulan "Neftçi"nin baş məşqçisi Samir Abasovun ittihamlara münasibətini bilmək maraqlı olar.  

Fanat.Az yerli futbolçularla arasının dəydiyi iddia olunan təcrübəli mütəxəssislə əlaqə saxlayıb ona tribuna verdi. 

"Neftçi"nin 43 yaşlı çalışdırıcısının tənqidçilərinə cavabı belə oldu:  

"Geniş müsahibə vermək istəmirəm və hesab edirəm ki, deyəcəklərim yetərli olacaq. Mətbuat konfransında dediklərimi eşitmisiniz, çünki özünüz orda iştirak etmisiniz. Mən elə adam da deyiləm ki, dünən bir, bu gün başqa fikir bildirim, dediyimi danım, təkzib edim. Reallıq odur ki, biz uduzmuşuq və bunun günahı baş məşqçi başda olmaqla, bütün komandadadır. Mən Suraxanıda da məhz belə demişdim. Amma o fikrim qaldı, yerli futbolçulardan bir neçəsinin adını çəkməyimi qabartdılar. Bəli, keçən il çempion olan komandadan Namik Ələskərov, Anton Krivotsyuk kimi əsas heyətdə daimi oynayan yerli oyunçular gedib, ehtiyatda qalan İsmayıl Zülfüqarlını, az şans qazanan Ömər Buludovu meydana buraxırıq. Bu, məcburiyyətdən, limitlə və digər obyektiv-subyektiv səbəblərdən ola bilər. Bunu deməklə məgər günahı kiminsə üstünə yıxıram? Yaxud "Neftçi"nin yerli oyunçuları ilə "Qarabağ"ın yerlilərini müqayisə etmişəmsə, nəyisə şişirtmişəm? Maraqlıdır ki, oyundan əvvəl müqayisəli təhlil aparan mütəxəssislər və media nümayəndələri "Qarabağ"ın azərbaycanlı oyunçularının sayının çoxluğunu və keyfiyyətcə üstün olduğunu qabardır, bunu Samir Abasov deyəndə günahkar çıxarılır. Mən o mütəxəssislərin fikirlərinə şərh verməyəcəyəm. Mütəxəssisin bir məşqçini tənqid etməsi normaldır". 

Samir Abasov sosial şəbəkədə onun ünvanına "o, maksimum Musiqili Komediya Teatrında səhnə quraşdıra bilər" şərhini yazan Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovla bağlı fikirlərini də bildirdi: 

"Klub idarəçilərindən birinin, Müşahidə Şurasının üzvünün haqqımda dediklərinə gəlincə, hesab edirəm ki, o da bir azarkeş kimi şərh yazaraq münasibətini bildirib. Etikdir, ya yox, nəsə demək istəmirəm. Ona cavab verəcək adam mən deyiləm. Məni bu vəzifəyə Müşahidə Şurası və klub prezidenti təyin edib. Sabah işimdən çıxara da bilərlər. Tənqid olunmağımı normal qəbul edirəm. Mən də uduzanda çox vaxt aqressiv oluram. Klub rəsmisi də bir azarkeşdir. Onun qeyri-rəsmi şəkildə, fanat tərzində nəsə deməsində qəbahət görmürəm. Komanda 20 dəqiqəyə 3 top buraxıb, klub rəhbəri əsəbləşməsin? Əsəbi daşdan deyil ki. İşlər yolunda getməyəndə, transfer və sair bu kimi məsələlər yolunda getməyəndə klub rəhbərliyini də hədəfə alırlar. Qoy bu dəfə də baş məşqçi belə sözləri qəbul etsin, eybi yoxdur... 

Azarkeşlərin mənə təzyiq etməsi normaldır, bəzən çərçivəni aşıb təhqir etsələr belə. Suraxanıda məşqçilər skamyasının arxasındakı azarkeşlərlə bağlı bir epizod danışım sizə: oyun başlayan kimi biri replika atmağa başladı ki "Ömər nədi e, İsmayıl oynamalıdı da". İş elə gətirdi ki, 20-ci dəqiqədə Buludov zədələndi, İsmayıl Zülfüqarlı ilə əvəzlədim. Həmin azarkeş bu dəfə nə desə yaxşıdı: "Olimpiakos"la oyunu məhv edən İsmayıldı da, onu meydana niyə buraxırsız? Fəhmin onların ikisindən də yaxşıdı". Oyunun gedişində Muradbəylini meydana buraxdım. Bu dəfə başladılar söyməyə: "Fəhmini bura buraxanın....".    

"Neftçi"nin baş məşqçisi "Qarabağ"a və digər rəqiblərinə meydan oxumağı da unutmadı: 

"Əsas odur ki, mən işimin başındayam, növbəti oyunuma köklənmişəm, bu yarışmada varam və sona qədər da mübarizəmi davam etdirəcəyəm. Tanıdığınız Samir Abasovam, hələ çoxuna başağrısı olacağam. "Qarabağ"la bu mövsüm hər iki oyunda uduzmuşam, birində 1:2, birində də 0:4. Sizi əmin edirəm ki, "Bakcell Arena"da 3-cü oyunumuza çıxanda bizə qarşı indikindən daha artıq motivasiya ilə mübarizə aparacaqlar. Hətta avrokubok oyunundan da çox motivasiya ilə. Çünki orda "Neftçi"nin, Samirin adı var. Onlara rahatlaşmağa imkan verməyəcəyik. Hələ heç nə itirilməyib. Liderdən cəmi 3 xal geri qalırıq. Bu nə təlaşdır ki?". 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

10:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

Facebookdan bizi izləməyi unutmayın.
X