10:05 01.12.2021 381

Fərid Qayıbovun təyinatı nəyi dəyişdi? – Azərbaycan idmanı üçün yeni şans və yeni nəfəs

Medianın İnkişafı Agentliyinin layihəsi

Koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan Tokio Olimpiadası Azərbaycan idmanı üçün uğursuz keçdi. Yekun sıralamada 67-ci olan təmsilçilərimiz qızıl medala həsrət qaldılar. Uzun fasilədən sonra ilk dəfə idi ki, Yay Olimpiya Oyunlarında Azərbaycanın himni səsləndirilmədi, üçrəngli bayrağımız yüksəlmədi. İdmançılarımız Yaponiyanın paytaxtında yeddi medal qazandılar ki, bunların da üçünün əyarı gümüş, dördü isə bürünc idi.

Dövlətimizin idmana qayğısının, idman federasiyalarına ayrılan vəsaitin qarşılığında nəticələr heç də qənaətbəxş sayıla bilməzdi. Deməli, bu uğursuz çıxışın hesabatı sorğulanmalı, səbəblər və çıxış yolları araşdırılmalı idi. Belə də oldu. Özü də ölkə başçısı, eyni zamanda da Milli Olimpiya Komitəsinin prezidenti olan cənab İlham Əliyev tərəfindən bu prosesə start verildi.

Sentyabrın 7-də dövlətimizin başçısı Fərid Fazil oğlu Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzaladı. Elə həmin gün də yeni nazirin cənab prezidentlə onlayn formatda görüşü reallaşdı. Görüş zamanı İlham Əliyev idmançılarımızın olimpiadadakı çıxışına toxundu, nəticələrin ürəkaçan olmadığını bildirdi. Cənab prezident nəsildəyişmə prosesinin düzgün aparılmadığını, yeni istedadların üzə çıxarılması üçün görülən işlərin yetərli olmadığını xüsusi şəkildə vurğuladı. Bu narazılığın açıq dillə ifadə olunması həm də onun göstəricisi idi ki, ölkə başçısı Azərbaycan idmanında baş verən prosesləri çox diqqətlə izləyir və idman federasiyalarının fəaliyyəti onu da razı salmır. Həmin görüşdə dövlət başçısının etdiyi çıxış həm də yeni nazirin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, Azərbaycan idmanının yüksəliş yoluna qədəm qoyması üçün tezislərin seçilməsi sayıla bilərdi.

Təxminən bir həftədən sonra Fərid Qayıbovun nazir postuna təyinat almasının 3 ayı tamam olur. Adətən, hansısa vəzifə sahibinin fəaliyyətinə ilkin qiyməti onun 100-cü günündə verirlər. Biz bu mənada bir qədər tələskənlik edirik. Amma ümumi baxış keçirmək, müəyyən dəyişikliklərin qeydiyyatını aparıb, fikirlərimizi oxucularımızla bölüşmək üçün vaxtın kifayət etdiyini düşünürük. Qayıbovun nazir kürsüsünə əyləşməsinin 100-cü günü tamam olmasa da, onun keçirdiyi görüşlər, seçdiyi istiqamətlər, atdığı addımlar gələcəyə ümidlə baxmağa əsaslar verir. Elə biz də bugünkü yazımızda həmin əsasların ümumiləşdirməsini aparmağa çalışırıq. Heç şübhə etmirik ki, Fərid Qayıbov 100-cü günün tamamında da, ondan sonra da indiki pozitivlik üçün əsaslar verməyə davam edəcək, ortada öyünüləsi nəticələr olacaq. Azərbaycan gəncliyinin də, idmanının da ehtiyac duyduğu məhz budu. Onsuz da nazir postuna təyinat alana qədər də Qayıbov idmanımıza uzaq şəxs deyildi. 2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvü olan Qayıbov Azərbaycan Gimnastika Federasiyasının baş katibi kimi xeyli uğur qazanmış, elə bu uğurlu fəaliyyətin mükafatı olaraq 2017-ci ildə Avropa Gimnastika İttifaqının prezidenti seçilmişdi. Deməli, 42 yaşlı nazirin idman sahəsindəki idarəçilik qabiliyyəti Azərbaycandan uzaqlarda da yüksək qiymətləndirilib.

Yeni nazir sadə davranışlarıyla, insanların arasında olmağı sevməsiylə də diqqət çəkir. Onun “Qarabağ”ın oyunu zamanı çəkilmiş fotosu sosial şəbəkələrdə xeyli məşhurlaşmışdı. Övladlarıyla birlikdə tribunada əyləşən Qayıbovun əynində Ağdam klubunun forması da var idi. Bu yaxınlarda “İmarət” fanklubunun üzvü, şəhid Məhəmmədəli İbrahimlinin anım günü keçirilirdi. Nazir Fərid Qayıbov tədbirin iştirakçıları sırasında şəhidimizin xatirəsini yad edirdi.

Onun bu yaxınlarda daha bir görüntüsü diqqət çəkdi. “Neftçi” “Səbail”lə oyun öncəsi xüsusi formalar hazırlatdırıb, “Qadınlara qarşı zorakılığa yox” çağırışı etdi. Narıncı rəngli formanı geyinib “xalq komandası”nın çağırışına səs verənlərdən biri də gənclər və idman naziri Fərid Qayıbov idi. Görünən odur ki, yeni nazir baş verən bütün prosesləri diqqətdə saxlayır, idmanı sevən sadə vətəndaş kimi bu proseslərin bir parçası olmağı özünə borc bilir. Oxucularımızdan, məşqçilərdən məlumatlar alırıq ki, aşağı yaş qrupları üzrə futbol çempionatlarında da tez-tez Fərid Qayıbovu görmək mümkündür. Özü də yoxlamaya gəlmiş nazir kimi yox, sıravi futbol azarkeşi kimi. Balacaların meydandakı mübarizəsini uzaqdan seyr edən Qayıbov onların potensialını müşahidə etməyə, Azərbaycan futbolunun gələcəyini yaxından tanımağa çalışır. Belə müşahidələr isə müsbət dəyişikliklərə inanmaq üçün qəlblərdə ümid qığılcımları oyadır.

Bütün bunlar öz yerində. Amma Fərid Qayıbovun həm də nazir kimi məsuliyyəti və vəzifələri var. Sözsüz ki, indiyə qədərki müddətin əsas hissəsini yeni nazir həm vəziyyəti, həm də potensialı öyrənməyə sərf edib. Yavaş-yavaş proses islahatlara, dəyişikliklərə doğru istiqamətlənəcək. Bir gecənin içində inqilabi dəyişiklik edib bütün federasiyaların rəhbər şəxslərini dəyişməklə Azərbaycan idmanını irəli aparmaq da mümkünsüz işdi. Deməli, hər addımı (hər bir dəyişikliyi) yaxşı-yaxşı düşünmək, idmanımız üçün maksimum faydalı olacaq qərarlar qəbul etmək zəruridir. Tokio Olimpiadasında ən çox tənqid olunan idman növlərinin başında cüdo gəlirdi. Çünki bu idman növünün Azərbaycanda ciddi ənənələri, xeyli güclü yetirmələri var. Elə bu səbəbdən də azarkeşlər “Gündoğar ölkə”də cüdoçularımızın qızıl medal qazanacağına çox inanırdılar. Ancaq bu gözləntilər özünü doğrultmadı. Belədə ilk dəyişikliyin Cüdo Federasiyasında aparılması da təəccüblü olmadı. “Bundan sonra diqqətimi daha çox futbola yönəldəcəyəm” deyən Rövnəq Abdullayev Azərbaycan Cüdo Federasiyasının prezidenti postunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə təhvil verib. Daim istedadları ilə öyündüyümüz şahmatda da dəyişiklik var. Mərkəzi Bankın sədri Elman Rüstəmov artıq Şahmat Federasiyasının prezidenti deyil. Onu bu postda şahmat ailəsinə heç də yad isim olmayan Mahir Məmmədov əvəzləyib. Şahmatsevərlər inanır ki, yeni prezidentin gəlişi ilə şahmat məktəblərimiz də canlanacaq, istedadların üzə çıxarılması sürətlənəcək.
 
Noyabrın 26-da daha bir idman federasiyasına yeni prezident seçildi. İllərdir ki, velosiped idmanına sevgisiylə tanıdığımız, bir çox turnirlərdə iştirakçılar arasında görməyə alışdığımız Müdafiə Sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev 4 il müddətinə federasiyanın prezidenti seçildi. Heç kimə sirr deyil ki, sabiq vergilər naziri Fazil Məmmədov federasiyadan çoxdan uzaq düşmüşdü. Mədət Quliyevin gəlişiylə idmanın bu növünün yenidən dirçələcəyinə, Azərbaycanın əvvəlki illədə olduğu kimi, nüfuzlu yarışların ev sahibinə çevriləcəyinə inanların da sayı artıb. Elə həmin gün Azərbaycan Voleybol Federasiyasının (AVF) növbəti hesabat-seçki konfransı keçirildi. AVF-nin son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Cavid Qurbanovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. Cavid Qurbanov yenidən federasiyanın prezidenti seçildi. Bu gün heç kimə sirr deyil ki, voleybolumuzda ciddi problemlər var. Halbuki, bir vaxtlar voleybolçu qızlarımızın səsi böyük turnirlərin final mərhələsindən gəlirdi. Həmin uğurlar ondan xəbər verir ki, Azərbaycanda voleybolun inkişafı üçün yetərincə potensial var. Yetər ki, bu sahəyə diqqət artırılsın, kütləvilik təmin edilsin. Qurbanovun postunda qalması ona federasiya prezidenti kimi verilmiş sonuncu şansdır. Sabit maliyyə qaynağı və idarəetmənin təkmilləşdirilməsi sayəsində voleboylumuzun yaxın keçmişdəki günlərini geri qaytaracağına, azarkeşləri sevindirəcəyinə inanmaq mümkündür.

Postunu qoruyan daha bir şəxs Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev oldu. Təəssüf ki, yaradılan şəraitə, infrastruktura baxmayaraq, azərbaycanlı üzgüçülərin uğurlarıyla öyünə bilmirik. Bunu Fətiyev də yaxşı başa düşür. Bəlkə də elə buna görədir ki, hesabat-seçki konfransında çıxış edən federasiyanın köhnə-yeni prezidenti səsləndirilən problemləri mütləq yerinə yetirməyə çalışacaqlarına söz verib. Bu həm də o deməkdir ki, federasiya prezidenti nazir Fərid Qayıbova üzgüçülərimizin uğur qazanacağına da təminat verir. Əks halda, islahat dalğası üzgüçülərimizin federasiyasından da yan keçməyəcək. Qayıbovu qarşıda boks, güləş və futbol kimi Azərbaycan üçün əhəmiyyətli idman növlərinin də problemlərinin həlli gözləyir. Bu sahələrdə də yetərincə problemlər, qeyri-müəyyənlik, fəaliyyətsizlik var. Zaman-zaman biz də “Fanat.az” olaraq bu problemləri gündəmə gətirib, çıxış yollarının axtarılmasına yardımçı olmağa çalışmışıq. Heç şübhəsiz ki, həmin problemlər nazir Fərid Qayıbova da məlumdur. 

Yazımızın əvvəlində vurğuladığımız kimi, Fərid Qayıbovun təyinatının üzərindən çox qısa müddət keçib və bu müddət yekun qiymət üçün yetərli deyil. Amma ən əsası odur ki, Azərbaycan idmanı sözün həqiqi mənasında idman adamı olan bir nazirə tapşılıb. Onun nazir postuna təyinatının idmanımız üçün yeni nəfəs, yeni şans olduğuna inananların da sayı çoxdu. Əminik ki, idmanımız da, idmançılarımız da bu şansdan maksimum yararlanacaqlar.

Amal Abuşov

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Yanvar 2022
02:03

Liqa 1: "Qarabağ"ın rəqibini türk xilas etdi

01:32

A Seriyası: Lider Berqamoda büdrədi

01:11

Afrika Millətlər Kuboku: Tunis darmadağınla qazandı

00:54

Olimpiyaçımızı 1/4 finala buraxmadılar

16 Yanvar 2022
23:24

Almaniya Bundesliqası: "Ayntraxt" Frankfurta 1 xalla qayıtdı

23:07

Türkiyə Super Liqası: "Qalatasaray" 4 qol buraxıb uduzdu

22:32

La Liqa: "Vilyarreal" səfərdən məğlub döndü

21:43

"Tata Steel Masters": Şəhriyar yenə heç-heçə etdi

21:03

Birinci Liqada 2-ci turun oyunları keçirildi

20:53

Azərbaycan birinciliyinə yekun vuruldu

20:16

İPL: "Liverpul"dan darmadağın

19:02

"Xan Lənkəran" "Turan Tovuz"a uduzdu

18:28

Mahir Emrelinin bir ayağı İstanbul klubunda - SON DURUM

17:06

Qrossmeysterimiz Çexiyada daha bir mübarizəyə başladı

16:44

"Qarabağ" rəsmisi Marselə niyə getdi?

16:28

Vüsal oynadı, komandası xal qazandı

15:52

Azərbaycanlı futbolçu: "Gecə klubları karyeramı məhv edə bilərdi"

15:35

Braziliyalı hücumçu "Neftçi"nin düşərgəsinə gəlir

15:21

Aleksandr Səmədov Azərbaycan millisini seçməməsinin səbəbini açıqladı

15:15

Azərbaycanlı məşqçinin yetirməsi Las-Veqasda uduzdu

14:56

Tuxel: "Lukakuya görə bütün komanda əziyyət çəkir"

14:25

Cokoviçlə bağlı son qərar

13:55

Vaqner Lav karyerasını Danimarkada davam etdirəcək

13:28

Koutinyo debütü haqda: "Danışmaqdansa oynamağa üstünlük verirəm"

13:00

Günün transfer xəbərləri: "Nyukasl" Navasa təklif göndərdi

12:30

Benites qovulmaq üzrə

12:15

Zelenski Şevçenkoya: "Evə qayıt və burada işlə"

12:00

"Real Madrid" Holanda əvəz tapıb

11:48

Qazaxıstan klubu Premyer Liqadan imtina etdi - SƏBƏB

11:38

Oğlu Pərvizi "Survivor"a gözyaşlarıyla yola saldı - VİDEO

11:32

"Tata Steel Masters": Məmmədyarov Yesipenko ilə üz-üzə

11:14

Azərbaycan birinciliyi: Daha 6 çəkidə qaliblər müəyyənləşdi

10:53

Milli komandamızın yekun heyəti açıqlandı

10:35

Yeni klubu ilə müqavilə bağladı, arvadının ölüm xəbərini aldı - FOTOLAR

10:30

"Napoli" bu futbolçu üçün 25 milyon təzminat ödəməli olacaq

10:08

"Qalatasaray"ın yeni baş məşqçisinin transfer hədəfləri - Qvardioladan kömək istədi

10:02

Holanddan müsəlmansayağı paylaşım: "Əlhəmdulillah" - FOTO

09:28

Super Liqa klubunu Nobre çalışdıracaq

02:31

İspaniya Kuboku: Derbidə ara qarışdı, oyun yarımçıq qaldı

01:02

Afrika Millətlər Kuboku: Nigeriya növbəti mərhələdə

Facebookdan bizi izləməyi unutmayın.