15:29 22.04.2022 903

"Şamaxı" "faciə"sinin iştirakçısı danışdı: "... unutmaq çox çətin idi"

Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzan "Şamaxı" həftəsonu "Sabah"la qarşılaşacaq. 

"Şamaxı"nın kapitanı Şəhriyar Əliyev Fanat.Az-a müsahibəsində həm ağır məğlubiyyət, həm də komandanın "Sabah"la oyuna hazırlığından bəhs edib. 

-  0:8 hesablı məğlubiyyət sırf sizin üçün nə deməkdir? 
- Çox ağır yenilgi aldıq. Faciəyə bərabər məğlubiyyət idi. Bəlkə də bir futbolçu karyerasında nadir hallarda belə hesablı məğlubiyyətlə üzləşir. Həmin oyundan sonra günlərlə özümüzə gələ bilmədik. O oyunu unutmaq çox çətin idi. Ağır faciə yaşamışdıq. 

- Adətən klubların tarixində ən böyük yenilgilər təxminən belə hesabla olur. Sizcə, niyə belə oldu? Problem nədə idi? 
- Oyuna pis hazırlaşmamışdıq. Həftə ərzində rəqibə qarşı necə oynamaq lazım olduğu üzərində çalışdıq. "Qarabağ"da ustalıq səviyyəsi yüksək olan futbolçuları çoxdur. Rəqib boşluqdan istifadə etməyi bacaran komandadır. Bir faciə idi, oldu. Çalışırıq bunu unudaq. 

Düzü, həmin oyunu unutmaq üçün öz aramizda analiz etmirik. Ancaq fərdi olaraq analiz edəndə görürsən ki, "Qarabağ" kimi komandaya qarşı oyunda boşluq yaradanda onlar bu boşluqlardan istifadə edirlər. Zədəli və cəzalı oyunçularımızın olması da oyuna çox təsir etdi. Onlar meydanda olsa, bəlkə də hesab belə olmazdı. 

- İlk hissədə 7 top buraxmışdınız. "Qarabağ" doğrudan qarşısıalınmaz idi, yoxsa ruh düşkünlüyü sözünü dedi?
-  Qol buraxdıqca bəlkə də ruhdan düşürdük. Toparlanmağa çalışdıqca yenə qol buraxırdıq. Bu da psixoloji təsir edirdi və bu vəziyyətdən çıxa bilmirdik.

- Hazırda komandada psixoloji durum necədi? 
- Psixoloji toparlanmağa çalışırıq. Bu vəziyyətdən çıxmaq lazımdır. Əlimizi-qolumuzu aşağı salıb gözləmək olmaz. Mənfi heç nə düşünmürük. Psixologiyamızı düzəltməyə çalışırıq. Məşqçilər də bunun üzərində işləyirlər. İnşallah, qarşıdakı oyun bunu göstərəcək. 

- Komandanın adının, stadionunun, təmsil etdiyi şəhərin dəyişməsi futbolçulara necə təsir etdi? Bu dəyişikliyə adaptasiya ola bilmisiniz? 
- Şamaxıda keçirdiyimiz ilk oyunda "Neftçi" ilə qarşılaşdıq. Düşünürəm ki, pis oynamadıq. İlk hissədə irəlidə olsaq da, ikinci hissədə cüzi səhvlərdən qollar buraxdıq. İnşallah, qarşıdakı oyunlarda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Təki region klublarımızın sayı çox olsun. Dəyişikliyin bizə təsiri olmayıb. Futbolçularımızın hər biri peşəkardır. Hər oyuna çıxanda da çalışırıq yaxşı nəticə qazanaq. Düşünmürəm ki, komandanın adının dəyişməsinin bizə təsiri oldu.

- İki gün sonra "Sabah"la səfər matçına çıxasınız. Oyuna hazırlıq necə gedir?
- "Sabah" çempionatda ən yaxşı komandalardan biridir. Analiz etmişik. Çox yaxşı hücum xətti var. Həm müdafiədə, həm hücumda yaxşı oynayırlar. Oyun üslublarından necə yaxşı kollektiv olduqları bilinir. Biz də görüşə ciddi hazırlaşırıq. Məşqçilərimiz də komandanın psixoloji durumunu düzəltməyə çalışır. "Sabah"la oyunda qələbə qazansaq, bəlkə də özümüzə gələ biləcəyik. Uşaqlarla çalışırıq bir-birimizə dəstək olub bu vəziyyətdən çıxaq. Komandaya yeni baş məşqçi gəlib. Rəqibi analiz edib oyuna yaxşı hazırlaşdırır. İnşallah, onun istədiyi kimi oynasaq, inanıram ki, qələbə qazanacağıq. 

Röya Kərimli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
21:03

AL: "Qarabağ" Bolqarıstan klubunu qəbul edir - YENİLƏNİR

21:02

KL: "Zirə" Estoniya səfərində - YENİLƏNİR

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X